Böyüklərdə Sidikqaçırmanın Səbəb Və Təbii Müalicə Yolları
loading...
Böyüklərdə Sidikqaçırmanın Səbəb Və Təbii Müalicə Yolları
Aile.fenomen.az saytı məlumat verir ki,Sidikqaçırma yalnız yeni doğulan körpə və azyaşlı uşaqlarda deyil, həmçinin böyüklərdə də görülən bir problemidir.Səbəbləri isə müxtəlif ola bilər :
- şəkər xəstəliyi ;
- istifadə olunan hər hansı bir dərmanın əlavə təsirinin olması ;
- diabet xəstəliyi ;
- böyrəklərdə problem ;
- nevroloji pozğunluğun olması ;
- prostat xərçəngi ;
- sidik yolu infeksiyaları ;
- psixoloji problemlər ;
- sidik kisəsi xərçəngi ;
- sidik kisəsinin kiçik olması ;
- hormonal pozulmalar.
Bu problemi təbii üsullarla necə müalicə etmək mümkündür ?
ALMA SİRKƏSİ
Alma sirkəsi orqanizmdə olan toksinlərin atılmasına və qəbizlik probleminin aradan qaldırılmasına kömək edir.Alma sirkəsindən iki çay qaşığı bir stəkan suya əlavə etməklə hər yemək yeyərkən qəbul edə bilərsiniz.İstəyə bağlı olaraq içərisinə bal da əlavə etmək mümkündür.
DARÇIN
Müəyyən olunub ki, darçın adıkeçən problemin həlli üçün ən effektiv üsullardan biri hesab edilir.1 parça darçın çubuğunu gün ərzində 1 dəfə çeynəyin.Darçının tozundan isə həm səhər yeməyi zamanı, həm də çay işərkən istifadə edə bilərsiniz.
BAL
Təsirli üsullardan daha biridir.Yatmamışdan qabaq 1 qaşıq bal yeyin.Balın dadını sevməyənlər isə onu 1 stəkan südə əlavə edib də içə bilərlər.
BANAN
Həm beyin, həm də həzm sistemi orqanları üçün olduqca faydalı hesab edilir.Problemdən qurtulmaq üçün orqanizmə bol miqdarda maqneziyum daxil olmalıdır.Gün ərzində 3 dəfə banan yemək məsləhətdir.
loading...