Prostatı xərçəng xəstəliyi ilə qarışdırmaq olmaz!

loading...

Prostatı xərçəng xəstəliyi ilə qarışdırmaq olmaz!

Aile.fenomen.az saytı məlumat verir ki, 

Prostat adlı kəlmə çox zaman xəstəlik haqqında təəssürat yaratsa da əslində unutmamaq lazımdır ki, bu orqan kişilərdə mayalanma sisteminin əsas üzvlərindəndir.
 
Prostat xəstəliyi əsasən 40 və 40 - dan yüksək yaşlı kişilərdə görülür.Qeyd etmək lazımdır ki, bu xəstəlik çox zaman ilkin vaxtlarda tez -tez sidiyə çıxma kimi əlamətləri özündə göstərir.

Prostat nədir ?

Prostat kişilərə məxsus olan və sidik kisəsi boynunun ən yaxın çıxışında yerləşən və təxminən qoz böyüklüyündə olan bir orqandır.Normal ağırlığı 20 qram civarında olur.Kişilərdə yaş ötdükcə bu orqanda yüngül şəkildə böyümə ola bilər.Belə ki, 40 yaşından sonra kişilərdə bu orqanın ağırlığı 40 qrama kimi arta bilər.


Prostatı xərçəng xəstəliyi ilə qarışdırmaq olmaz!
 
Prostat genişlənməsini xərçəng ilə qarışdırmaq olmaz.İnsanların əksəriyyəti belə hesab edir ki, prostat xəstəliyi xərçəngə də yol açır.Lakin, bu fikir o qədər de doğru deyil.Çünki, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, prostat genişlənməsinin prostat xərçəngi ilə heç bir əlaqəsi yoxdur.Bəli, qeyd etmək lazımdır ki, prostat xərçəngi zamanı buradakı hüceyrələr nəzarətsiz şəkildə böyüyür və artır, lakin bu xoşxassəli prostat genişlənməsindən yarana bilməz.

Nəzərə almaq lazımdır ki, müasir dövrdə bu tip xəstəliklərin və ölüm hallarının sayının artması kişilərin bu rastlaşdıqları xəstəlikdən utandıqları və öz yaxınlarına vaxtında demədikləri üçün baş verir.


loading...
Oxşar xəbərlər