Hər Gün Yuyunmaq - Faydalıdır, yoxsa Zərərli?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Həkim - dermatoloqlar bildirirlər ki, müasir dövrdə yaşayan insanlar daha tez - tez çimirlər.
Ekspertlərin fikrinə görə, hər gün duş və vanna qəbul etmək o qədər də lazımlı bir vərdiş deyil, hətta ziyanlıdır.
Həkimlərin sözlərinə görə cəmiyyətdə olan orta statistik bir şəxs hər gün yuyulacaq və təmizlənəcək dərəcədə öz bədənlərini çirkləndirə bilməzlər.Ekspertlər bildirirlər ki, " hər gün mütləq çimmək və yuyunmaq lazımdır " - tipli cümlələri çimmək üçün istifadə olunan müxtəlif gellər, sabunlar və şampunların istehsalçısı olan şirkətlərin uydurmasıdır.Bəllidir ki, bu fikirlər insanların sağlamlıq və gigiyenasının qayğısı deyil,əksinə biznes xarakterli bir reklamdır.
İnfeksiya riski çoxalır
Tez - tez qəbul edilən duş nəticəsində, xüsusilə də su istidirsə dərinin qurumasına səbəb olur.Bunun nəticəsində isə dəridə mikroçatlar əmələ gəlməyə başlayır.Çimən zaman istifadə olunan sabun və gellər isə dərinin özündə olan faydalı bakteriyaların məhv olmasına səbəb olur.Beləliklə isə, dəridə müxtəlif infeksiyalar inkişaf etməyə başlayır.
Tez çimmək lazımdır
Mütəxəssislər qeyd edirlər ki, duş qəbulu çox qısa bir müddətdə başa çatmalıdı.Maksimum 10 dəqiqə davam etməsi məsləhətdir.Uzun müddət çimmək və duş altında qalmaq isə dərinin xüsusi qoruyucu təbəqəsinin nazikləşməsinə və bununla da immun sisteminin zəifləməsinə səbəb olur.
Təmizlik və gigiyena qaydalarına əməl etmək üçün aşağıdakılara riayət olunmalıdır :
Ümumi təmizlik üçün alt paltarı və üst paltarının da təmiz olması kifayətdir.Alimlər apardıqları araşdırmalsrdan sonra belə qərara gəliblər ki, bədəni təmiz saxlamaq üçün hər gün çimmək yox, sadəcə paltarların təmiz pambıqdan olması lazımdır. Hər gün alt və üst paltar dəyişilib təmiziyi geyilməlidirBelə olan təqdirdə hər gün çimməyə ehtiyac olmur.
loading...