Nanənin Kişi və Qadın Sağlamlığı Üçün İnanılmaz Faydaları

loading...

Nanənin Kişi və Qadın Sağlamlığı Üçün İnanılmaz Faydaları

Aile.fenomen.az saytı məlumat verir ki,


Nanə - öz tərkibində çoxlu miqdarda təbii antioksidantlara malik olan unikal bir bitkidir.Mütəxəssislər bildirirlər ki, nanə insan orqanizmini sərbəst radikallardan azad edən bitilər arasında liderlərdən biridir.

Məlum olub ki, nanə kəllə sümüyünün möhkəmlənməsi və kişilərin reproduktiv sistemini yaxşılaşdırılması istiqamətində əvəzsiz bitkidir.

Ayaqların çox tərləməsi halı əsasən daha çox kişilərdə baş verir.Bu problemin həlli üçün də nanə köməyinizə çatacaq.Hər axşam gərgin və yorğun iş qrafikindən sonra bir neçə damcı nanə cövhəri əlavə edilmiş sərin su vannası həm ayaq tərləməsinin qarşısını alacaq, həm ayağlara xoş ətir bəxş edəcək, həm də ağır işdə sonra yorğunluğunuzu aradan qaldıracaq.


Nanə xanımlara da çox faydalıdır:  Aybaşının vaxtı-vaxtında və ağrısız olmasını təmin edir. Laktasiya dövründə süd miqdarını  azaldır. Süddən kəsmə zamanı sinənin südlə şişməməsi üçün ana bol-bol nanə yeməlidir. Sinəyə süd düyünlənmişdirsə sinə üzərinə təzə nanə suyu vurmaq çox fayda verir.

loading...
Oxşar xəbərlər