İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN

loading...

İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN

İsti havada insanın ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Məhz bu səbəbdən isti havada ürək tutmaların, inrarkt və insultun sayı xeyli artır.

Bəzi məhsullar var ki, bu məhsulların tez-tez qəbulu ürəyə isti havaya tab gətirməyə kömək edir. Bu məhsullar arasında:

- Ət, qaraciyər.

Bişmiş mal və toyuq əti və xüsusilə qaraciyər koenzim Q10 maddəsi ilə zəngindir. Bu maddə sağlam ürək və damarlar üçün olduqca vacibdir.

- Zeytun, küncüt yağı.

Bu yağlar da koenzim Q10 maddəsi ilə zəngindir.

- Ərik, ərik qurusu və ərik şirəsi.

Kaliumla olduqca zəngin olan ərik ürəyin normal fəaliyyətinə kömək edir.

- Qabıqda bişirilmiş kartof.

Kartof da kaliumla zəngindir.

- Pomidor.

Kalium və likopin maddəsi ilə zə

ngin olan pomidor ürək üçün ən faydalı məhsullardan biridir.

- Banan.

Ürəyin növbəti dostudur. Kaliumla zəngin olan banan ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.

- Noxud, mərci, lobya.

Bu məhsullarda həm kalium, həm də koenzim Q10 maddəsi var.

- Keşyu, badam, araxis, fındıq, qoz, balqabaq tumları, küncüt.

Bu məhsullar koenzim Q10 və həmçinin maqneziumla zəngindir. Maqnezium və kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardandır.

- İspanaq.

Bu göyərti ürək üçün ən faydalı məhsullardan biri sayılır. İspanağın tərkibində kalium, maqnezium, koenzim Q10 və digər ürək üçün faydalı maddələr var.


loading...
Oxşar xəbərlər