Allergiyanın və bir çox xəstəliklərin müalicəsi - Dəniz suyunun şəfası
Dəniz suyunun şəfası, bir çox xəstəliyə yaxşı təsir etdiyi məlumdur. Mütəxəssislər bildirir ki, astma, allergik rinit, atopik dermatit kimi xəstəliklərin ən yaxşı və təbii müalicəsi dəniz suyu və günəşdir. Uşaqlar üçün, xüsusilə də, allergiyadan əziyyət çəkən balacalar üçün dəniz tətili müalicə baxımından çox əhəmiyyətlidir. Türkiyəli allerqoloq Akgül Akpınarlının dəniz suyu müalicəsi ilə bağlı fikirlərini təqdim edirik. Aparılan araşdırmalarda dəniz suyunun insan qanının tərkibinə yaxın maye olduğu, osmiyum, qızıl, vanadium, sink, yod və kalium xlorid daxil olmaqla, 80-dən çox faydalı maddəni bol miqdarda ehtiva etdiyi sübut olunub. A. Akpınarlı bildirir ki, dəniz suyu tərkibindəki mineral duzlar, amin turşuları və mikro elementlərlə insan bədəni üçün vitamin anbarı sayılır. Bu isə onu allergik xəstəliklərin müalicəsində ən əhəmiyyətli təbii müalicə üsullarından biri edir: "Xüsusilə də uşaqlar dəniz suyundan bol faydalanmalıdır. Dəniz suyunda olan kalsium karbonat, sulfat, kalium xlorid və maqnezium xlorid, maqnezium sulfatta olan xüsusiyyətlər uşaqlar üçün müalicəvi xüsusiyyət daşıyır. Dəniz suyu dəri xəstəliklərinə də yaxşı təsir edir. Günəşlə birləşdikdə atopik dermatit və ya "uşaqlıq cağı eqzeması” deyilən dəri xəstəliyinə müsbət təsir göstərir. Dəniz suyu xalq arasında "qotur” deyilən allergik dəri problemlərinin və yayda istinin təsiriylə ortaya çıxa bilən allergiyaların qarşısını alır. Eyni zamanda, dəniz suyunun ən təsirli xüsusiyyəti yaraların, allergik reaksiyaların yol açdığı izləri yox etməsidir”. Həkim dəniz suyunun bütün sinus yollarını təmizlədiyini deyir. Dolaylısıyla allergik rinit və xroniki sinusitin təmizlənməsində çox təsirlidir: "Burun və sinusların təmiz olmasında, alt tənəffüs yollarının və bronxların allergik xəstəliyi, astma müalicəsində olduqca müsbət təsirlərə malikdir. Dənizdə üzmə isə ağciyərlərin fəaliyyətini artıran ən təsirli fiziki müalicədir. Astmalı insanlara təklif edilən ən əhəmiyyətli idman növlərindən biri də üzmədir. Təbii dəniz tətilinin faydalarından biri də yay boyu günəşdən aldığımız D vitaminidir. Ultrabənövşəyi şüalar dəridə olan, bədəndə depolanan və qışda bizi xəstəliklərdən qoruyan, müdafiə sistemimizi gücləndirən, allergik xəstəliklərin meydana gəlməsinin qarşısını alan D vitaminidir”.