Zehni inkişaf etdirən qidalar - Siyahı

loading...

Zehni inkişaf etdirən qidalar - Siyahı

Beyin funksiyalarını gücləndirən, zehni inkişaf etdirən qidaların siyahısını təqdim edirik.


Kinoa

 

Kinoa orqanizm üçün son dərəcədə faydalı qidadır. O tərkibindəki protein sayəsində insanı gün ərzində gümrah saxlayır. Bədənə enerji verdiyi üçün yorğunluğu aradan qaldırır.  Səhərlər beyninizin ehtiyacı olan bir kasa kinoa yesəniz, daha yaradıcı ola bilərsiniz.

 

Çia çəyirdəyi

 

Bu kiçik qara çəyirdəklər əsl vitamin anbarıdır. Eyni zamanda bəyin funksiyalarını gücləndirməkdə çox önəmli rol oynayır.

 

Çiyələk, moruq, qarağat

 

Hər biri ayrı-ayrılıqda güclü antioksidant təsirə malik olan bu giləmeyvələr yaddaşı möhkəmləndirir.

 

Yumurta

 

Yumurta beyin inkişafı üçün əvəzolunmaz qidadır. Yəni, nə qədər çox yesəniz, yaradıcılıq qabiliyyətiniz bir o qədər çox artar.

 

Toyuq

 

Toyuqda diqqət pozğunluğunu aradan qaldıran amino turşuları və protein var.

 

Qara şokolad

 

Qara şokolad qan dövranını sürətləndirib, yorğunluqla mübarizə aparır və beyni daim oyaq saxlayır. Bu xüsusiyyətlərinə görə, yaradıcı insanlara qara şokolad yemək tövsiyə olunur.

 

Su

 

Beynin 80 faizinin sudan ibarət olduğunu düşünsək, onu susuz saxlamağın nə demək olduğunu özünüz düşünün.

 

Ginseng bitkisi

 

Bu bitkinin beynin qan dövranını sürətləndirdiyi araşdırmalarda sübut olunub. Çayınıza töküb içdikdə yaradıcılıq qabiliyyətini artıra bilərsiniz.

 

Fındıq əzməsi

 

Fındığın tərkibindəki yağlar beyin funksiyalarına təsir göstərir. Fındıq əzməsi yüksək kalorili olduğu üçün bir-iki çay qaşığından artıq yemək məsləhət deyil. (publika.az)


loading...
Oxşar xəbərlər