13 günə 20 kilo arıqla - İSVEÇ PƏHRİZİ

loading...

13 günə 20 kilo arıqla - İSVEÇ PƏHRİZİ]

Son vaxtlar ən geniş yayılan pəhriz növlərindən biri də İsveç pəhrizidir. 13 gündə 7-20 kilo arıqladan İsveç pəhrizinin xüsusiyyəti və ən əsas üstünlüyü verilən çəkinin geri qayıtmamasıdır. Bunun səbəbi maddələr mübadiləsini dəyişdirərək sürətləndirməsidir. Hər gün üçün fərqli menyusu olan pəhriz müddətində əməl edilməli bəzi qaydalar var. İki həftədə 7-20 kilo çəki azaldan 13 günlük İsveç pəhrizi hər gün fərqli menyular təqdim edir. Məşhurların da istifadə etdiyi İsveç pəhrizi ilə sizi də tanış edirik. (lent.az)

 

  • Təqdim edilən miqdardan artıq qazlı içki, qəhvə və çay içmək olmaz.
  • Gündə 2 litr su içməlisiniz.
  • Pəhrizə ara vermək istədikdə 6-cı günü tamamlamış olmalısınız.
  • İsveç pəhrizini 13 gündən çox davam etdirmək olmaz.
  • Üç aydan bir təkrarlaya bilərsiniz.
  • Nahar menyusunu axşam, axşam menyusunu günorta yeyə bilərsiniz.
  • Türk qəhvəsi çox kafein ehtiva etdiyi üçün hazır qəhvə içməyiniz təklif edilir.

 

 

13 günlük İsveç pəhrizi

 

1-ci gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 2 pomidor, 2 yumurta, 1 boşqab qaynadılmış ispanaq

Axşam: 200 qram bifşteks, zeytun yağı və limon əlavə olunmuş salat

 

2-ci gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 100 qram qatıq, 1 dilim kolbasa

Axşam: 200 qram bifşteks, yaşıl salat və 1 meyvə

 

3-cü gün

Səhər: 1 dilim qızarmış çörək, 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 pomidor, 1 boşqab qaynadılmış ispanaq, 1 meyvə

Axşam: 1 dilim kolbasa, 2 qaynadılmış yumurta, yaşıl tərəvəzlərdən (xiyar, bibər, göyərti) ibarət salat

 

4-cü gün

Səhər: 1 dilim qızarmış çörək, 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 rəndələnmiş kök, 1 qaynadılmış yumurta, 25 qr yağsız ağ pendir

Axşam: 100 qr qatıq və 2 dilim portağalın suyu

 

5-ci gün

Səhər: Limon əlavə edilmiş 1 böyük rəndələnilmiş kök

Nahar: 200 qr qaynadılmış balıq, limonlu və yağsız

Axşam: 200 qram bifşteks, 1 boşqab brokoli və yaşıl tərəvəzlərdən ibarət salat

 

6-cı gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 böyük rəndələnilmiş kök, 2 qaynadılmış yumurta

Axşam: 200 qram dərisi çıxarılmış toyuq, yaşıl tərəvəzlərdən ibarət salat

 

7-ci gün

Səhər: Şəkərsiz çay

Nahar: 200 qr qızartma ət və 1 meyvə

Axşam: heç nə yeyilmir

 

8-ci gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 boşqab qaynadılmış ispanaq, 2 qaynadılmış yumurta, 1 pomidor

Axşam: 200 qr bifşteks, zeytun yağı və limon əlavəli yaşıl tərəvəzlərdən ibarət salat

 

9-cu gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 dilim kolbasa və 100 qr qatıq

Axşam: 200 qr bifşteks, yaşıl tərəvəzlərdən ibarət salat, 1 meyvə

 

10-cu gün

Səhər: 1 dilim qızarmış çörək və 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 pomidor, 1 boşqab qaynadılmış ispanaq, 1 meyvə

Axşam: 1 dilim kolbasa, 2 qaynadılmış yumurta, yaşıl tərəvəzlərdən ibarət salat

 

11-ci gün

Səhər: 1 dilim qızarmış çörəklə 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 rəndələnmiş kök, 25 qr yağsız pendir, 1 qaynadılmış yumurta

Axşam: 100 qr qatıq, 2 dilim portağalın suyu

 

12-ci gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 böyük rəndələnilmiş kök, 2 qaynadılmış yumurta

Axşam: 200 qr dərisi çıxarılmış toyuq, yaşıl tərəvəzlərdən ibarət salat

 

13-cü gün

Səhər: 1 fincan qəhvə (1 kəsmə şəkər sərbəst)

Nahar: 1 böyük rəndələnilmiş kök, 2 qaynadılmış yumurta

Axşam: 200 qr dərisi çıxarımış toyuq, yaşıl tərəvəzlərdən ibarət salat

 

 

İsveç pəhrizi saxlayan məşhurlar:

 

  1. Adriana Lima
  2. Lana Del Rey
  3. Gülşen
  4. Hadisə
  5. Selena Qomez
  6. Avril Lavigne
  7. Ebru Gündeş
  8. İrem Derici
  9. Jessica Alba
  10. Miley Cyrus
  11. Hülya Avşar
  12. Nicole Kidman
  13. Çağla Şikel
  14. Rihanna

 

loading...
Oxşar xəbərlər