QAÇIŞ : sağlamlıq üçün faydalı və zərərli tərəfləri
Aile.fenomen.az saytı sağlamlıq üçün əvəzsiz hesab etdiyimiz qaçış haqqında məlumat verəcək.
Qaçışla məşğul olmaq eyforiyası günü gündən artır.Bunu səbəbi isə müxtəlifdir.Bəziləri bunu sırf peşəsi olduğu üçün, bəziləri sağlamlıq üçün, bəziləri isə sadəcə dəbdə olduğu üçün edir.Qaçışa yeni başlayan insanlar sağlamlıqla bərabər arıqlamaq üçün də bunu edirlər.Bununla professional olaraq məşğul olanlar isə sadəcə öz nəticələrini daha da yaxşılaşdırmaq üçün qaçırlar.Qaçış bu gün əslində dəbdə olduğu üçün o böyük şəhərlərdə daha çox yayılmışdır və buna görə də qaçışla məşğul olanların sayı artır.Bu artım baş verdikcə əlbəttə ki proses zamanı travma və zədə alanların sayı da artır.Ortoped və fizioterapevtlərin otağında əzələ ağrısı, diz və ayaq ağrısı, omba ağrısı şikayətləri ilə gələ xəstələrin sayı çoxalır.Bunların səbəbi isə yanlış və kifayət qədər edilməyən hazırlıqlara görədir.
Artiq çəkini atmaq üçün bununla məşğul olan insanlar bilməlidir ki, qaçdıqları zaman bütün güc onların əzələ sisteminə düşür.
Qaçdığımız zaman unutmayın ki, geydiyimiz geyim, ayaqqabı ( krasofkalar ) və xüsusuilə də qaçmaq üçün seçdiyiniz məkan da çox önəmlidir.İlk qaçmağa başlayarkən sərt üzlüklü yerlər seçmək yanlışdır.Bunun əvəzinə siz daha xoş təsir bağışlayacaq olan yerlər, məsələn, parklar, meşələr və dənizkənarını seçməyiniz məsləhətdir.
Qaçışa başladığınız an ilk unutmamalı olduğunuz nuans budur ki, siz ilk öncə hazırlıq və məşq etməlisiniz ki, bədəniniz bir tempdə edəcəyiniz qaçış prosesinə isinişsin.İsinmə hərəkəti isə möhkəm və sürətli olmayan asta qaçışla başlaya bilərsiniz.Və unutmayın qaçdığınız zaman danışmaq və söhbət etməyiniz sizin üçün böyük gərginlikdir.Qaçdığınız an sizə kömək edəcək məsləhətlərdən biri də odur ki, bu zaman nəfəs aldığınız an nəfəsi burnunuzla alıb, ağzınızla isə verməlisiniz.
Qaçdıqdan sonra isə yadda saxlayın ki, bədən itirdiyi maye ehtiyatını yerinə tələb edəcək.Bunun üçü də bol maye qəbul edin.Əgər bir müddət məşq etdiyinizdən sonra bədəninizdə olan ağrılar azalmır və olduğu kimi davam edirsə yaxşı olar ki ortoped və ya fizioterapevtə müraciət edəsiniz.
Biz dediyimiz şəkildə idman rejimini qursanız qaçışın sizə heç bir ziyanı yox, əksinə xeyri dəyəcək.