SİQARETİ TƏRGİTDİRƏ BİLƏCƏK Xalq Təbabəti Üsulları

loading...

SİQARETİ TƏRGİTDİRƏ BİLƏCƏK Xalq Təbabəti Üsulları

Aile.fenomen.az saytı hər kəsin diqqətini cəlb edəcək məsləhətlər paylaşacaq.

Bu ziyanlı vərdiş dövrümüzün ən böyük bəlalarından biri və bəlkə birincilərindəndir.Bu vərdişdən qurtulmaq oluqca çox çətindir, lakin mümkünsüz deyil, bu yolda əsas addım böyük istək, arzu və iradənin olmasıdır.

Hər zaman əczaxana vasitələrinə müraciət etmək istəmədiyimiz an köməyimizə gələn xalq təbabəti üsullarından istifadə edəcəyik.

Yadda saxlayın, hər siqaret çəkən insanda bu zərərli vərdiş əleyhinə ikrah və nifrət hissini oyatmaq mümkündür.Bunun üçün sizinlə bir neçə ənənəvi üsullarımızı paylaşırıq.

  1. Quş tükünü bir yerə toplayın və onu yandırın.Qalmış külə elə bir o qədər soda ilə qarışdırın və siqaretə əlavə edin.Bundan sonra tütün tüstüsünə qarşı diksinmənin 100 % - li nəticəsini görəcəksiniz.
  2. Daha bir effektiv üsul süd ilə həyata keçirilir.Siqareti süd ilə isladın və onu adi qayda ilə günəş altında qurudun.Bu siqaretdən artıq bir iki nəfəs aldıqdan sonra siqaretdə lazım olan reaksiyalar gedəcək və tüstü ilə artıq həmin şəxsdə qusma, öyümə halları başlayacaq.
  3. Yaxşı üsullardan biri də özünüzün ananas qabıqlarından tütün düzəltmənizdir.Bu dab u yolda çox təsirlidir.
  4. Siqaretə qarşı lazımi hiss effektini yaratmaq üçün həmin siqretə qərənfil ( mixək ), darçın, reyhan əlavə edin.

Siqraet çəkənin " iştəhasını " öldürmək üçün ona quru meyvələr, çərəzlər, günəbaxan tumu, müxtəlif sümürəcək sovurqanlar vermək məsləhətdir.Bu cür kiçik məşğuliyyətlər də həmin şəxsə bu zərərli vərdişdən uzaq durmaq üçün çox gözəl kömək edəcək.

Unutmayın, hər kəs bu ziyanlı vərdişi ata bilər, sadəcə bunun üçün həmin şəxsin bunu həqiqətən də istəməsi və iradə hissinin olması kifayət edəcəkdir.

loading...
Oxşar xəbərlər