Bağırsaqların fəaliyyətini təmin edən qidalar - Siyahı

loading...

Bağırsaqların fəaliyyətini təmin edən qidalar - Siyahı

Kifayət qədər su içməmək, lif qəbul etməmək, maqnezium səviyyəsinin aşağı olması, stress, narahatlıq və bəzi dərmanlar bağırsaqların yavaş işləməsinə səbəb ola bilər. Bağırsaqların fəaliyyətini təmin edən qidaların siyahısını təqdim edirik.

 

Su: Həzm sisteminin sağlam işləyə bilməsi üçün kifayət qədər su içmək çox əhəmiyyətlidir. Qəbizliyin əsas səbəblərindən biri dehidrasiyadır (bədənin həddən artıq su itirməsi). Çünki kifayət qədər maye qəbul etmədikdə nəcis yumşalmır və bağırsaqlarda hərəkət etməsi mümkün olmur. Qazlı içkilər, qəhvə, çay suyu əvəz etmir. Suyun dadını sevmirsinizsə, içərisinə xiyar, nanə, limon, çiyələk dilimləri əlavə edə bilərsiniz. Bu üsulla təbii dad və qoxu suyu sizə sevdirəcək.

 

Quru paxlalılar: Mərcimək, lobya, noxud kimi quru paxlalılar lif baxımından zəngindir.

Lif isə bir çox səbəbdən əhəmiyyətlidir. İlk növbədə lif nəcisin həcmini artıraraq, həzm sistemində irəliləməsini asanlaşdırır və toksinləri yığaraq bədəndən atılmasını təmin edir. Eyni zamanda, bağırsaqlardakı yaxşı bakteriyaların qidalanmasına kömək olur. Mütəxəssislər gündə 20-30 qram arası lif yeməyi tövsiyə edir.

 

Paxlalılar arasında ən yüksək lif tərkibi mərcimək (1 stəkanda 16 qram) və qara paxladadır (1 stəkanda 15 qram).

 

Moruq: Bütün meyvələr arasında lif baxımından ən zəngini moruqdur. 1 stəkanda 8 qram lif ehtiva edir.

 

Quru ərik: Qəbizliyə yaxşı təsir edən quru ərik həm lif baxımından zəngindir (yarım stəkanda 6 qram), həm də qabığında bağırsaq işlədən bəzi təbii maddələr mövcuddur.

 

Badam: Badam yağ, zülal və lif tərkibi ilə yanaşı, maqnezium qaynağıdır. Maqnezium mədə turşusunu neytrallaşdırır və nəcisin bağırsaqlarda hərəkətini təmin edir. Bir ovuc badam maqnezium ehtiyacını 25 % qarşılayır.

 

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, əvəlik, kələm lif tərkibi ilə yanaşı, bağırsaqların fəaliyyətini sürətləndirmək üçün lazım olan maqnezium (bağırsaq əzələlərinin sıxılmasına kömək edir) və kalium (maye tarazlığı və əzələlər üçün) ehtiva edir.

 

Kefir: Kefirin tərkibində qatıqdan 10 qat daha çox probiotik bakteriya var. İngilis tədqiqatçıları immunitet sistemi və ümumi sağlamlığınız üçün əhəmiyyət daşıyan yaxşı bakteriyaların eyni zamanda nəcisi yumşaltdığını və qəbizliyə yaxşı təsir etdiyini sübut ediblər. Kefir sevmirsinizsə, qatıq və ya çox duzlu olmaması şərtilə turşu kimi mayalanmış tərəvəzlər də yeyə bilərsiniz. (lent.az)


loading...
Oxşar xəbərlər