Soyuq fəsillərdə orqanizmə lazım olan təbii vitamin-mineral kompleksinin resepti
Soyuq fəaillərdə immun sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq çox vacibdir. Bununla biz özümüzü bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qoruya bilərik.
İmmun sistemimizin möhkəmləndirilməsində vitamin və minerallar xüsusi böyük rol oynayır. Həkimlər süni vitamin-mineral komplekslərinin qəbuluna deyil, təbii vitamin və mineral mənbələrinə (meyvə, tərəvəz, qoz-fındıq, bal və s.) üstünlük verirlər. Bir çox həkimlərin fikirinə görə süni vitaminlər yalnız istisna hallarda (vitamin və mineralların kəskin çatışmazlığı, uzun sürən xəstəlikdən sonra, mədə-bağırsaq sistemində vitamin və mineralların sovrulmasına mane olan pozulmalar olduqda və s.) təyin olunmalıdır. Bütün digər hallarda orqanizm ona lazım olan vitamin və mineralları qidadan almalıdır.
Sizə təbii vitamin-mineral kompleksinin reseptini təqdim edirik.
Tərkib:
- 200 qr ərik qurusu
- 200 qr xurma
- 200 qr qara kişmiş qurusu
- 200 qr qoz
- 200 qr badam
- 200 qr püstə (braziliya qozu, keşyu və s. əlavə edə bilərsiniz)
- 2 iri limon
- 1 stəkan bal
- yarım çay qaşığı darçın
- yarım çay qaşığı zəncəfil
Hazırlanması:
Meyvə quruları təmizlənir, yuyulur, xurmanın qabıqları və çəyirdəyi çıxarılır, limonun çəyirdəkləri çıxarılır. Bütün inqrediyentlər blenderlə əzilir, üzərinə bal və ədviyyatlar əlavə olunur, yaxşı qarışdırılır. Hazır qarışığı quru sərin yerdə saxlayın.
Bu vitaminli qarışıqdan hər səhər 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara yarım - 1 ç.q. vermək olar. (saglamolun.az)