Burun tıxanmasının təbii yolla müalicəsi - Hazırlanması və tətbiqi

loading...

Burun tıxanmasının təbii yolla müalicəsi - Hazırlanması və tətbiqi

Kəskin infeksiyalar və soyuqdəymə nəfəs yollarının tutulmasına, burun tıxanmasına, eləcə də baş ağrısına səbəb olur.

Xəstəliyin qarşısını alan içki reseptini təqdim edirik. Bu içki bədənin infeksiyalara daha tez qalib gəlməsinə kömək edəcək. Lakin onu soyuqdəymənin ilk əlamətlərini hiss edən kimi dərhal hazırlamaq lazımdır.

Burun tıxanmasının təbii yolla müalicəsi

Bu güclü içki detokstasiya və virusları məhvedici təsirə malikdir. O, sinusit, qrip, soyuqdəymə ilə mübarizə üçün ideal vasitədir, həmçinin tıxanmış burnu açır. Onun əsas funksiyası infeksiyası ilə mübarizəyə və immun sisteminin möhkəmləndirilməsinə yönəlib.

İnqrediyentlər: (Bir sutkalıq)

1 ədəd orta ölçülü soğan

2 stəkan su

1 ədəd limon şirəsi

2 xörək qaşığı bal

Hazırlanması və tətbiqi:

Soğanı nazik halqalara doğrayıb, üstünə suyu əlavə edib 15 dəqiqə qaynadın. Oddan götürüb 5 dəqiqə soyumasını gözləyin. Su soyuyana yaxın içinə bal və limon şirəsini əlavə edin. İçkini sutka ərzində kiçik porsiyalarla qəbul edib.

Soyuqdəymə nəticəsində burun və udlaqda selik və bəlğəm yığılır ki, bu da iybilmə qabiliyyətini və eşitmə qabiliyyətinin pisləşməsinə, həmçinin yaddaşı və diqqət pozğunluğuna gətirib çıxarır.

Bir qayda olaraq burnunuzu hər gün duzlu su ilə yuyun. Bu prosedura selik əmələgəlməsinin qarşısını alır, həm də qrip və soyuqdəyməyə qarşı effektli profilaktik tədbirdir.

 

 



Üz üçün xüsusi masaj proqramı da faydalıdır. Bu masaj digər proseduraları ilə tətbiq olunduqda daha yaxşı nəticələr verir. Aşağıda təqdim olunan video çarxda burun və udlağı selikdən təmizləyən masajın necə edilməsi izah olunub.

loading...
Oxşar xəbərlər