Zob xəstəliyi – təbii çarələr
Zob xəstəliyi Azərbaycanda geniş yayılmış bir xəstəlikdir, çünki ərazilərimiz daha çox dağ çayları ilə qidalandığından endemik olaraq bizdə geniş yayılmışdır. Zob xəstəliyi varsa ilk növbədə xəstəliyi sənədləşdirmək lazımdır. Bu nə deməkdir? Əvvəlcə qandan analiz verib, T3, T4, TSH və Anti TPO hormonlarının miqdarını bilmək lazımdır və sonra müalicəyə başlamaq lazımdır. Əgər qanda T3 və T4 artıbsa, TSH azalıbsa, deməli sizdə qalxanabənzər vəzi həddindən artıq çalışır. Əgər T3, T4 azalıbsa onda mütləq TSH artacaq, çünki T3 və T4 qanda miqdarı göstərir. TSH isə hipofiz vəzidə nəzarəti göstərir, ona görə bir-birləri ilə tərs mütənasibdir, cavab belədirsə sizdə qalxanabənzər vəzi zəif çalışır. Qanda Anti TPO miqdarı qalxıbsa onda sizə autoimmun problemi var, bu nə deməkdir? Bədənimiz qalxanabənzər vəzini yad bilir və ona cəbhə yaradır sonda Anti TPO səviyyəsi qalxmağa başlayır. Bütün bunları geniş yazmağımın səbəbi bu analizlər olmadan müalicə etdirmək çox qorxulu ola bilər. İstər dərmanlarla olsun, istərsə də bitkilərlə, məsələn qanda Anti TPO səviyyəsi qalxıbdırsa, o zaman tərkibində yod olan bitkilərdən istifadə etmək olmaz, bu zaman bədən müqavimətini artıran, immunstimlyator təsir göstərən dərman bitkilərindən istifadə etmək lazımdır. Məsələn: Zəncəfil – 50 qram Ud hindi – 50 qram Qarazirə – 50 qram Qatırquyruğu – 50 qram Novruz şaxtagül kökü – 20 qram Çiçək tozu – 50 qram Bal – 1.5 kiloqram Bitkilər toz formasına salınmalı, bal ilə yaxşı qarışdırmalı, məcun hazırlanılmalı, məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır. Bədəndə yodun azlığı varsa o zaman qanda T3 və T4 hormonu azalır bu zaman tərkibində yod olan bitkilərdən meyvələrdən yeyə bilərsiniz. Amma ən faydalısı yodlu duzdur, bundan başqa dəniz kələmi adında bir bitki var, bu bitkini salatların üzərinə səpib yeyə bilərsiniz. Dəniz kələmi yod çatışmazlığı üçün ən faydalı bitkidir. Qaytarma adında bir bitki var, bu bitkinin köklərində zəngin yod vardır. Bədəndə yod çatışmazlığı üçün hazırladığım belə bir tərkib vardır: Öksəotu – 30 qram Yaşıl qoz – 40 qram Qaytarma – 40 qram Mayasarmaşığı – 30 qram Su – 400 qram Spirt – 600 qram Saydığım bitkilər su və spirt bir-birinə qarışdırılır, 15 gün qaranlıq yerdə saxlanılır, hər gün qarışdırılır və gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yarım stəkan suya qarışdırılırb içilir. Bu bitkilərin 60 faizli spirtli dəmləməsi demək olar ki, yod çatışmazlığını və zobun ağır fəsadlarını aradan götürür. Əgər spirtli olaraq kimsə qəbul etmək istəməsə, bu qarışıma 2 xörək qaşığı alma sirkəsi qarışdırın və ağzı açıq vəziyyətdə 15-20 gün isti bir yerdə saxlayın, bu zaman spirt sirkələşəcək və tərkib olaraq heç bir dəyişmə baş verməyəcək. Ümumiyyətlə zobun formasından asılı olmayaraq bütün növ zob xəstəliyində Hicama və Zəli müalicəsi çox faydalıdır. Bu müalicədən sonra şişmiş zob düyünlərində kiçilmələr əmələ gəlir. Zob düyünlərinin kiçilməsi üçün təzə bağayarpağı ət maşınından keçirilir və düyünlərin üzərinə qoyulur. Zob düyünlərinin kiçilməsi üçün başqa məsləhət 1 xörək qaşığı çobanyastığı, 1 stəkan suda dəmlənilir, süzülür, suyu ilə çovdar unu qarışdırılır, xəmir formasına salınır və axşamdan səhərə qədər boğaz üzərinə qoyulur. (Fizulihuseynov.com)