Masturbasiya Kişilərin Sağlamlığı Üçün Necə Təsir Edir ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Harvard universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, tez - tez masturbasiya etmək kişilərin sağlamlığı üçün faydalıdır.Ay ərzində ən azı 21 dəfə onanizmlə məşğul olan kişilərin xərçəng xəstəliyi riski xeyli aşağıdır.Alimlərin gəldikləri bu qənaət ən məşhur jurnalların məqalələrində də dərc olunub.
Tədqiqatda 30 000 - ə yaxın şəxs iştirak edib.Könüllülər masturbasiya etdikləri zamanları söyləyiblər.Bundan sonra ekspertlər 18 il ərzində həmin şəxslərin sağlamlıq vəziyyətlərini və 20 - 40 yaş arasında xərçəng xəstəliyinin yaranib yaranmamasını qeydə alıblar.
Nəticədə isə belə qənaətə gəlinib ki, onanizmlə tez - tez məşğul olan şəxslərdə bədxassəli şişlərin yaranması riski aşağı olur.
Bundan başqa masturbasiya stressi aradan qaldırmağa da yardım edir.
Mütəxəssislər qeyd edir ki, əgər xərçəng xəstəliyi və bədxassəli şişlərin yaranmasının qarşısını almaq istəyirsinizsə, yaxşı olar ki, qida rasionunuza yağ turşuları və digər faydalı elementləri daxil edəsiniz.