İnsanlar Ən Çox Bu Zamanlarda Cinsi Əlaqəyə Maraq Göstərirlər!

loading...

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Alimlər müəyyən ediblər ki, çox bayram günlərində qadın və kişilər cinsi əlaqəyə meyilli olurlar.

Mütəxəssislər bu mövzunu araşdırmaq üçün 130 ölkə arasından sosial şəbəkə istifadəçilərinin qeydlərini və 2004 - 2014 - cü illər ərzində axtarış nəticələrini ümumiləşdirmişlər.Belə müəyyən olunub ki, mövzu və məqsədindən asılı olmayaraq zaman keçdikcə qeyd edilən və yaşanan bayram günlərində insanlar seks və bu kimi intim yaxınlıqlara daha açıq olurlar.

Bu prosesin ən çox rast gəlindiyi və baş verdiyi bayram isə dinindən, müsəlman yaxud xristian olmasından asılı olmayaraq demək olar ki, ölkələrin əksəriyyətində qeyd olunan Yeni il yaxud da Milad bayramıdır.

Araşdırmalara görə, cinsi əlaqəyə həvəsi artıran daha bir faktor isə gündür.Məsələ bundadır ki, deyilənə görə, sutka nə qədər uzun olarsa, cinsi istək də bir o qədər çox olar.Bu isə daha çox mədəni xarakter daşıyır.

Onu da qeyd edək ki, aparılan araşdırmalar əsnasında müəyyən edilib ki, insanların daha çox cinsi əlaqəyə ehtiyacı qış aylarında olur.
 

loading...
Oxşar xəbərlər