Bu Gün Sevgililər Günüdür

loading...

Bu Gün Sevgililər Günüdür

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.


Sevgililər günü - hər ilin fevral ayının 14 - də dünyanın bir çox ölkələrində qeyd olunan sevgi bayramıdır.Kökü Roma Kilsəsinə dayanan bu gün, Valentin adlı bir din adamının şərəfinə elan edilən bir bayram olaraq meydana gəlmişdir.Bu səbəblə də bu bayrama çox hallarda "Əziz Valentin Günü" də deyirlər.Qərb mədəniyyətində Valentin Sevən kişi, sevgili mənalarını verir.


Müasir günümüzdə isə bu gündə sevgililər bir - birlərini təbrik edir və hədiyyə alaraq birlikdə xoş zaman keçirirlər.


Sevgililərin bu bayramı qeyd etmə tərzləri fərqli şəkildə olur.Kimisi sevgilisini romantik bir məkana aparır, ona güllər, çiçəklər, hədiyyələr verir, kimisi sadə şəkildə evlərində yemək hazırlayaraq baş - başa romantik anlar yaşayırlar.


Sonda isə maraq üçün qeyd edək ki, Səudiyyə Ərəbistanında rəsmi olaraq da sevgililər günündə qeyd olunan məhsulların satışı qadağan olunmuşdur.

loading...
Oxşar xəbərlər