Sağlamlıq Düşüncədən Başlayır !
Mütəxəssis və alimlər sübut etmişlər ki, həyatda xoşbəxt, sevincli və optimist olan insanlar pessimist, bədfikirli insanlardan daha az hallarda həkimə müraciət edirlər.
Əgər sağlam olmaq istəyirsinizsə,
Bu mövzuda alimlər çox maraqlı eksperiment aparmışlar.Eyni şəkildə optimist və pessimistlərdən ibarət iki qrup yığılmışdır.Hər 2 qrupa qrip əleyhinə peyvənd vurulub və gözlənildi.1 ay sonra təsbit edildi ki, pessimist insanlarda optimist insanlara nisbətən qripə qarşı daha az antitellər ayrılır.Daha 3 ay sonra isə müşahidə olundu ki, bədfikirlilərin 70 % - i qripə yoluxmuşdur.Lakin, həyat dolu, sevincli və optimistlərdə isə bu rəqəm 30 % - ə qədər olmuşdur.
Gəldiyimiz nəticə çox sadədir.Həyatda güclü və sağlam olmağın ən yaxşı çarəsi – nə olur olsun həyata qarşı hər zaman gülümsəməkdir !
Kin saxlamayın,
Tibb mütəxəssislərinin uzunmüddətli araşdırmalarının nəticələrinə görə, ən pis və ağır xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin də səbəbi illərlə içimizə atdığımız uzunmüddətli kin, pis fikir və qəzəbin nəticəsidir.Hər kəsin küsülü, kinli olma səbəbləri fərqlidir.
Kimisi həyata qarşı küskündür, kimisi onlara satqınlıq etmiş dost ya rəfiqəsinə qarşı küskündür, kimisi onu aldadan sevgilisinə görə kinli və küskündür, kimisi də onların gözləntilərini boşa çıxaran övladlarına qarşı küsülülük hissi yaşayır.
Nəzərinizə çatdıraq ki, daimi olaraq beyində mənfi düşüncə və fikirlər fırlayarkən o, sizin bütün enerjinizi alır və həyat eşqinizi, yaşam sevincinizi öldürür.
Buna görə də təəccüblü deyil ki, həyatda aqressiv, pisfikirli, kin saxlayan insanların ömrü kinsiz və sevincli birilərinin ömründən daha qısa olur.
Həyatınızda ən kiçik sevinclərin səbəbi ilə də olsa xoşbəxt olmağı və özünüzdə pozitiv düşüncələr yaratmağı bacarın.Müsbət və xoş fikirlər həyatınıza yeni sevincləri maqnit kimi sizə tərəf çəkəcək, yeni enerji verəcək.Xoşbəxt olduğumuz zaman isə xəstəliklərdən bir kiçik iz belə qalmır !