Hansı proses qadınların ömrünün qısalmasını və yaşlamasını sürətlədirir ?
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
ABŞ Virciniya ştatının Corc Meyson universitetinin elmi işçilərinin 1500 qadın arasında onların hansı səbəb üzündən daha tez yaşlanmasını araşdırmağa çalışıblar.Müşahidə zamanı qadıların yaş aralığı 20 – 45 yaş arası olmuşdur.
Genetik qəfəs materiallarının tədqiqi zamanı alimlər xüsusilə telomerlərin işinə diqqət yetirmişdirlər.Çünki, bioloji yaş və qocalıq xromosomlarının işini o təyin edir.Alimlərin fikrinə görə, telomerlər nə qədər qısa olarsa, insan orqanizmi bir o qədər tez qocalır.
Tədqiqatlar zamanı alimlər sübut edə bildilər ki, heç olmazsa 1 övlad dünyaya gətirən qadındakı telomerlər heç zaman doğum etməyən qadındakı telomerlərdən 4 dəfə qısa olur.Bunlara səbəb kimi isə alimlər qadınların doğum zamanı və doğum sonrası keçirdikləri hiss, həyəcan, stresslə əlaqələndirirlər.Alimlər məhz telomerlərin uzunluğuna bu amillərin təsir etdiyini fərz edirlər.
Alınan bütüb nəticələri qiymətləndirərək alimlərin son gəldiyi nəticə bu olmuşdur ki, doğum etmiş qadınlar heç zaman doğum etməyən qadınlardan daha az ömür sürürlər