GEC YAŞDA baş verən HAMİLƏLİK

loading...

Aile.fenomen.az saytı gec yaşda hamilə olan qadınlarla bağlı maraqlı və faydalı məlumat bölüşəcək.

Hələ bir neçə 10 illiklər əvvəl 30 və 40 yaşdan sonra hamilə qalmaq və doğum etmək halları demək olar ki, ya çox nadir hallarda baş verir, ya da ki ümumiyyətlə baş vermirdi.

Lakin indiki dövrdə qadınların fikirləri və həyat tərzləri çox dəyişib.Bu dövrün xanımları hamilə qalmaqdan və ana olmaqdan əvvəl bir sıra vəzifələri yerinə yetirmək istəyirlər.Bu vəzifələrə stabil olan maaş, maraqlı iş və ən əsası, sevdiyi insanla əlaqələrinin tam möhkəm olmasıdır.

40 yaşdan sonra doğum halları, müsbət və mənfi tərəfləri, həkim rəyləri

Gec doğum etməyin və ana olmağın bir sıra xüsusiyyətləri vardır.Gəlin onları birlikdə sadalayaq :

 1. Atacağın addımları planlaşdırmaq və düşünə bilmək bacarığı.

 30 yaşında ana olmağa hazırlaşan qadın artıq dərk etməlidir ki, öz gələcək körpəsini harada, necə və hansı şəraitdə böyüdəcək.Daha doğrusu isə, ailədə daha bir fərdin dünyaya gələcəyini öyrənən həm ana, həm ata həm maddi cəhətdən, həm də mənəvi cəhətdən tam hazır olmalıdır.

    2.   Öz körpəsinə və sağlamlığına daha diqqətli olurlar.

 Çox zaman gənc yaşda ana olmağa hazırlaşan analar həkim tərəfindən yazılan dərman və müalicələrə məsuliyyətsiz şəkildə yanaşırlar.Lakin, müəyyən yaşı olan qadınlar isə həm yaşı, həm sağlamlığı etibarilə, deyilən hər sözə xüsusi həssaslıqla yanaşırlar.

  3. Gec baş verən hamiləlik zamanı analarda gəncləşmə halları baş verir.

 Yox, əlbəttə ki, gec baş verən hamiləlik o demək deyil ki, siz ana olan kimi bu yaşınıza qədər əziyyət çəkdiyiniz bütün dəri sallanma və qırışlarından qurtulacaqsınız.Gəncləşmə halları yaranır dedikdə o nəzərdə tutulur ki, bu cür analar daha gənc nəsil anaları ilə ünsiyyətdə olur,gənclik adətlərinə qayıdır və doğulmuş körpə də onun ruhunu gəncləşdirir.

 

loading...
Oxşar xəbərlər