Doğum öncəsi Ağrılar, Keçici ağrı sancısı ilə Doğum sancısını necə fərqləndirmək olar ?
Aile.fenomen.az saytı hamilələr və onların doğmalarının marağına səbəb olacaq məlumat paylaşır.
Hamiləlik hər bir qadının yaşamağı arzu etdiyi və həyatının ən önəmli anıdır.Hamiləliyin bütün ayları çox önəmlidir.Xüsusilə də son 3 aylıq dövrə diqqətlə yanaşılmalıdır.Bu dövrlərdə hamilə qadın artıq öz övladını xüsusi hiss və həyəcanla gözləyir, ana olduğunu lap dərindən hiss edir.
Son 3 ayda həmçinin gələcək ananı və doğmaları ən çox maraqlandıran suallardan biri də doğum sancısını keçici sancı ağrısından necə fərqləndirə bilməkdir.
Doğum sancısı körpənin artıq bizim dünyamıza gələcəyinin ən böyük siqnalıdır.
İlk olaraq, bunu qeyd etmək lazımdır ki, sancı hər hamilədə fərqli ola bilər.Bu həmin qadının hamiləliyi dövründə keçirdiyi xəstəliklərdən, narahatlıqlardan və həyat tərzindən asılıdır.
Sancı zamanı hamilə qadın bətninin sanki daşlaşdığını hiss edir, elə hiss yaranır ki, elə bil qarın daşlaşdı.Doğum öncəsi o lap möhkəm olur, gərginləşir.
Doğum sancısını keçici ağrıda aşağıdakı maddələrlə fərqləndirmək olar :
1. Qaydayauyğunluq
Keçici sancı ağrıları adətən 8 – 10 dəqiqə davam edir, bundan artıq olmur.Bu sancının qarşısını qadın özü isti vanna qəbul edərək, yaxud da elə otaqda bir az gəzişərək ala bilər.
2. Zaman
Belə bir fikir var ki, keçici sancı zamanı hamilə qadının keçirdiyi sancı hissi o qədər də çox və tez – tez baş vermir.Lakin, doğum sancısı zamanı ağrı və sancının zaman intervalı get – gedə qısalır.