Hamiləliyin Neçənci Ayına Kimi Cinsi Əlaqədə OLMAQ OLAR?
Aile.fenomen.az saytı məlumat verir ki,
Hamilə qadınların və onların həyat yoldaşlarının hamiləlik dövründə cinsi əlaqə ilə bağlı bir çox suallar narahat edir.Çoxları düşünür - cinsi əlaqə düşmə hallarına səbəb ola bilərmi? yaxud da, doğulmamış körpəyə hər hansı bir ziyan yetirərmi?
Əgər qadın normal hamiləlik keçirirsə sadalanan bütün bu problemlərdən narahat olmağa dəyməz və cinsi əlaqədə olmaq olar.Həkiminizlə də məsləhət etdikdən sonra icazəli şəkildə cinsi əlaqədə olmaq nə qadına, nə də doğulacaq körpəsinə ziyan gətirməz.
Cinsi əlaqə düşmə təhlükəsi yarada bilərmi?
Düşük problemlərinin əksəriyyəti xromosom pozğunluqları ilə əlaqədar baş verir.Və onu unutmaq olmaz ki, düşük faktlarının çoxu dölün lazımi şəkildə inkişaf etməməsindən qaynaqlanır.Yəni, cinsi əlaqənin dölün inkişafı üçün hər hansı bir rolu olmadığı kimi, düşük riski üçün də heç bir rolu yoxdur.
Bəs hansı özəl vəziyyətlərdə cinsi əlaqədən uzaq durmaq lazımdır ?
düşük riski yaxud da bundan əvvəlki zamanlarda düşük olduğu halda;
erkən doğum riski olduğu zaman;
vaginal qanama yaxud iltihablanmalar zamanı ;
doğulacaq körpələr əkiz, üçəm və s. olduğu halda doğuşa 3 ay qalmış cinsi əlaqədən uzaq durmaq lazımdır;
plasenta uşaqlıq yolunun çox aşağı nahiyəsində yerləşirsə.