Cinsi Həyat Yaşanılmadıqda Orqanizmdə NƏ BAŞ VERİR?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki, İntim həyat müəyyən bir zaman yaşanılmadığı zaman orqanizmdə müxtəlif proseslər baş verir.
Araşdırmalar zamanı müəyyən edilib ki, insanlar şəxsi intim həyatlarını yaşamadıqları zaman əvəzində bunun bir sıra fəsadları ilə qarşılaşırlar.
Xüsusilə də bu fikir qadınlar üçün keçərlidir.İntim həyatını lazımi qədər yaşamayan qadınlarda diqqətsizlik, pessimist əhval - ruhiyyə çökür, həyat isə artıq onlar üçün öz gözəl al - əlvan rənglərini itirmiş, darıxdırıcı bir həyata çevrilir.
Qeyd etmək lazımdır ki, psixoloji fəsadlar və pozğunluqlardan başqa, qadınların sağlamlığında və xüsusilə də menstrual siklləri dövründə ağrılar çəkməyə başlayırlar.
Müəyyən bir zaman ərzində cinsi həyat yaşamayan qadınlarda artıq seksə qarşı istək və əks cinsin nümayəndələrinə qarşı hiss edə biləcəyi ehtiras və istək hissi də yavaş - yavaş ölməyə başlayır.
Cinsi həyatını normal yaşamayan kişilərin də sağlamlığında problemlər yaranmağa başlayır.
Bütün bu mənfi halları yaşamamaq üçün isə bütün cütlüklər normal cinsi həyat yaşamalıdırlar.
loading...