Hamiləliyin Baş Tutması Üçün Cinsi Əlaqə Bu Tərzdə Olmalıdır
Aile.fenomen.az saytı məlumat verir ki,
Ekspertlər uzun zamandır ki, hamiləlik və cinsi əlaqə haqqında bir sıra araşdırmalar aparırlar.İndi paylaşılan məlumat isə hamiləliyə yol aça biləcək intim aktın necə olması haqqında olacaq.
Sözsüz ki, cütlüklər arasında bu çox şəxsi bir məsələdir və hər cütlüyün öz xoşladıqları və rahat olduqları cinsi əlaqə tərzi vardır.Lakin, qeyd etmək lazımdır ki, əgər cinsi aktın uğurlu nəticələnməsini, yəni hamiləliklə sonlanmasını istəyirsinizsə, bu halda öz sevdiyiniz tərzdə deyil, ekspertlərin daha məsləhət gördükləri tərzdə əlaqədə olmaq lazımdır.
Xatırlatmaq lazımdır ki, müasir dövrdə hər 4 cütlükdən 1 - i sonsuzluq və hamiləlik problemi ilə üz - üzə qalırlar.Həkimlər bildirirlər ki, hamiləlik arzulayan cütlüklər birmənalı olaraq sağlam həyat tərzi keçirməli, siqaret və tütün məmulatlarından uzaq durmalı, spirtli içki qəbul etməməli və uyğun forma və tərzdə cinsi əlaqədə olmalıdırlar.
Cinsi əlaqə yaşayarkən olduğunuz poza nə üçün bu qədər önəmlidir?
Çünki, hamiləliyin baş tutması üçün qadında yumurtalıqda folikulların yetişib partladığı zamanda kişi spermasının qadına vaginasına və oradan da falliop borusuna yönəlməsi lazımdır.
Beləliklə, cinsi akt zamanı kişinin üstdə olması ilə baş verən əlaqə ən uğurlu poz sayılır.Bu poz hamiləliyin baş tutması üçün ən yaxşı tərzdir.