Qoz Cinsi Həyata Necə Təsir Edir?

loading...

Qoz Cinsi Həyata Necə Təsir Edir?

Aile.fenomen.az saytı məlumat verir ki, 


Qozun bir çox faydaları vardır. Zehni qüvvətləndirir, qavramanı artırır. Ən əsası isə tərkibində omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir.


Aparılan araşdırmalar zamanı belə müəyyən olunub ki, sadəcə 60 qram qoz seksual həyatın keyfiyyətinə öz müsbət təsirini göstərir.Xüsusilə qeyd etmək lazımdır ki, müasir dövrdə hər 3 nəfərdən 1 - in cinsi həyatı problemli olur.

Sözügedən məhsulun insanların cinsi həyatına necə təsir göstərəcəyini öyrənmək üçün müşahidələr keçirilib.Müşahidə zamanı ekspertləri qozun müntəzəm şəkildə qəbulu nəticəsində həmin şəxsə göstərəcəyi təsir maraqlandırıb.

Məlumdur ki, kişilərdə impotensiyanın əsas səbəbləri spirtli içkidən istifadə, siqaret çəkmə, kifayət qədər fiziki işlə məşğul olmamaq, stress və qeyri - düzgün qidalanmadır.

Araşdırmalardan sonra belə məlum olub ki, öz qida rasionuna qoz əlavə edən, sağlam həyat tərzi və sağlam şəkildə qidalanan insanlar digərləri ilə müqayisədə daha aktiv, güclü və özgüvənlidirlər.Əbəs yerə deyil ki, qozu alimlər təbii viaqra adlandırırlar.

loading...
Oxşar xəbərlər