Xroniki Hərarət Yüksəkliyinin Səbəbi Nədir?

loading...

Xroniki Hərarət Yüksəkliyinin Səbəbi Nədir?

Aile.fenomen.az saytı məlumat verir ki,

Bədən hərarətinin qoltuq altında yaxud da ağızda termometrlə ölçüldüyü zaman 37 dərəcədən yüksək olduğu zaman bu artıq  orqanizmdə müəyyən proseslərin getdiyini xəbər verir.Belə olan halda qızdırmanı iqnor etmək düzgün deyil.Bəllidir ki, orqanizminizdə qızırmanı yaradan müəyyən bir subyekt mövcuddur.

Təkamüldə qızdırma yüksək heyvanların və insan orqanizminin infeksiyasına qarşı qoruyucu-adaptiv cavab olaraq ortaya çıxdı və buna görə də bədənin temperaturu artmasına əlavə olaraq, bu proses də yoluxucu patologiyaya xas olan digər fenomenlərə də malikdir.Qızdırmanın müddəti və dərəcəsi mikrobun virulentliyindən,onun aktiv vəziyyəyinin müddətindən, və orqanizmin müdafiə mexanizmlərindən asılıdır. Çox vaxt kəskin 15 günə qədər,bəzən subxroniki və xroniki qızdırma olur. 2-3gün davam edən hərarət efemer qızdırma adlanır. Lakin, temperaturun artması hər zaman qızdırma hesab edilmir. Məs:istinin əmələ gəlməsi və verilmnəsinin pozulması ilə əlaqədar olaraq bəzi istilik xəstəlikləri - istivurma,hipertireoz, atropinlə zəhərlənmə zamanı hipertermiya baş verir. Orqanizmin normal aktivliyi və ya fizioloji proseslər də temperaturu qaldıra bilər. Adətən sirkad ritmlə,yəni gün ərzində dəyişmə ilə əlaqədar bir az qızdırma qeyd edilir. Sağlam adamın temperaturu saat 18 də ən yüksək olur, gecə saat 3 də isə minimal dərəcələrə çatır. Çoxlu yemək,ağır və uzun sürən fiziki iş bədən temperaturunu bir qədər artıra
 bilər.Temperatur tez, kəskin qalxdıqda hətta xəstəliyin başladığı saat da təyin edilir. Bu zaman qızdırma üşütmə və ya bərk titrətmə ilə müşayiət olunur. Kəskin başlayan qızdırma leptospirozda,qripdə,malyariya da rast gəlir. Temperaturun yüksəkliyinə görə subfebril -37-37,9 °C, mötədil - 38-39,9 °C, yüksək - 40-40,9 °C,və xeyli yüksək - hiperpireksiya -41 °C və daha yuxarı qızdırmaya rast gəlinir
Terapevtlər belə hesab edir ki, çox zaman qızdırmanın yaranmasının və yüksəlməsinin səbəbi orqanizmin infeksiya ilə mübarizə aparmasıdır.Bu bakterial, viruslu yaxud da parazitli infeksion xəstəliklər ola bilər.

Orqanizmin hüceyrəvi quruluşunda yaranan dəyişikliklər zamanı da temperatur yüksəlməsi mümkündür ( məsələn, onkoloji xəstəliklər, qazanılmış müəyyən travmalar nəticəsində )

 
Qeyd etmək lazımdır ki, kəskin hərarət yüksəkliyi ilə müqayisədə xroniki hərarət yüksəkliyi daha ciddiyə qəbul etməli və üzərinə düşməlidirlər.

loading...
Oxşar xəbərlər