Bu Əlamətlər Qaraciyər Xəstəliyindən XƏBƏR VERIR..

loading...

Bu Əlamətlər Qaraciyər Xəstəliyindən XƏBƏR VERIR..

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Hər birimizin bildiyimiz kimi qaraciyər orqanizmin öz fəaliyyətini düzgün yerinə yetirə bilməsi üçün həyati vacib orqandır.
Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. 
Səbəbi isə insanların qeyri - sağlam qidalanması və həyat tərzi keçirməsi, idmanla məşğul olmaması, stress, həyəcan və sairədir.

Qaraciyər xəstələndiyi zaman əsasən aşağıdakı xüsusiyyətlərlə özünü büruzə verir.

Qaşlar ətrafında qırışların yaranması və artması ;
Dəridə qəhvəyi yaxud yaşılımtıl rəngli ləkələrin yaranması;
Alın dərisinin yağlanması ;
Saç və tüklərin tökülməsi yaxud keçəlləşmə ;
Damaq və diş iltihabının yarannası və artması;
Göz və görmə zəifliyi. 

Sonda isə qeyd etməliyik ki, yuxarıda sadalanan xüsusiyyətlər digər xəstəliklərə də xas ola bilərlər. İctənilən halda tez bir zamanda qastroenteroloq qəbulunda olmaq məsləhət görülür.
 

loading...
Oxşar xəbərlər