Qaraciyər Böyüməsi NƏDİR?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Qaraciyər böyüməsi həcm olaraq qaraciyərin həcminin genişlənməsinə deyilir.Belə vəziyyətin tibbi adı isə hepatomeqalidir.Bu problem hətta körpələr və kiçik yaşlı uşaqlarda da görülə bilər.Qaraciyər böyüməsinin bir çox səbəbləri ola bilər.Buna görə də əsl səbəbi öyrənmək üçün həkimə getmək mütləqdir.
Qaraciyər böyüməsinin əsasən səbəbləri aşağıdakılar olur :
həddindən artıq spirtli içki qəbulu ;
qlikogen xəstəlikləri ( qaraciyər böyüməsinə səbəb olan irsi xəstəlikdir );
hemokromatoz (orqanizmin həddindən artıq dəmir qəbul etməsi nəticəsində yaranan xəstəlikdir );
steatoz ( qaraciyər piylənməsi );
viral hepatit.
Bəs qaraciyər böyüməsinin necə hiss etmək olar və əsas əlamətləri hansılardır ?
qarnın sağ üst nahiyəsində olan ağrılar ;
əzələ ağrısı ;
ürək bulanması ;
qarında şişkinliyin olması ;
vücudda yaranan göyərmə izləri ;
iştahın azalması və çəki itirmə ;
halsızlıq və tez yorulma.
Xəstəliyin müayinə və müalicə oluması üçün isə həkim qəbulunda olmaq lazımdır.Həkim vəziyyətə uyğun olaraq USM, tomoqrafik müayinələr tətbiq edib xəstəliklə tanış olmalıdır.
loading...