HEPATİT Xəstəliyi NƏDİR ?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Hepatit - qaraciyər xəstəliyidir.A, C, B, D, G, E kimi müxtəlif növləri var.
Hepatitin səbəb və əlamətləri
Hepatitin yaranmasının əsas səbəblərindən biri viruslardır.Lakin, əlbəttə ki, bu xəstəlik başqa elementlərlə də bağlı ola bilər.Məsələn, mikroblu toksikonlarla, zəhərlərlə yaxud da ki, hər hansı bir xəstəliyin ağırlaşması ilə.Belə qaraciyər xəstəliklərinin özünün də fəqrli müalicə metodları var.
Hepatitin ilkin əlamətləri - göz ətrafının saralması, sağ tərəfdə qabırğanın aşağı hissəsinin ağrımasıdır.Bunlardan başqa, əlamətlərə - temperatur, halsızlıq, zəiflik kimi əlamətləri də əlavə etmək olar.
Hepatit C,B,A,D,G və E necə yoluxmaq olar ?
Hepatit A və E
Hepatitin bu növlərinə insanlar adətən çirkli sudan, təmiz olmayan məhsullardan tutulurlar.Bu hepatit çox zaman gigiyenik qaydalara əməl olunmayan və keyfiyyətsiz qida və sudan yaranır.
Hepatit В, С, D və G
Bu hepatit növləri isə qan vasitəsilə, yəni insandan insana yoluxur.Bu xəstəlik, qan köçürülən zaman, tatu etdirən zaman, bədənin müxtəlif yerlərinə iynə və pirsinqlər döydürən zaman, dişlərin müalicəsi zamanı və s. bu kimi şəxsi gigiyenik qaydalara əməl olunmaması zamanı yoluxur.
Hepatit В, С, D və G cinsi yolla da ötürülə bilir.Anal seks zamanı belə hepatitlərə yoluxma riski qat - qat çoxdur.
loading...