Körpə və Uşaqlarda Soyuq Tərləmə Səbəb və Müalicə Yolları

loading...

Körpə və Uşaqlarda Soyuq Tərləmə Səbəb və Müalicə Yolları

Aile.fenomen.az saytı məlumat verir ki,

Tərləmə orqanizmimiz tərəfindən əmələ gələn normal bir fizioloji prosesdir.Orqanizmin istilik dərəcəsi də tərləmə sayəsində tarazlanır.Ayrı şəkildə yüksələn bədən temperaturu da, sağlamlığımıza ziyan verən hüceyrə və bakteriyalar da tərləmə yolu ilə nəzarətdə saxlanılırlar.

Körpə və uşaqlarda soyuq tərləmənin səbəb və müalicəsi yolları


Soyuq tərləmə hallarına əsasən körpə uşaqlarda rast gəlinir.Körpə uşaqlarda soyuq tərləmənin əsas səbəbləri bunlar ola bilər :

D vitamini çatışmazlığı ;

Raxitlik ;

Soyuqdəymə və s.


Tərləmənin ən çox rast gəlinən səbəblərindən biri körpənin qalın geyindirilməsidir. Bu baxımdan körpələri geyiminə və otaq temperaturuna diqqət olunmalıdır. Burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Hər gün körpələrin burun dəlikləri (NaCl) "duzlu su” ilə yumaq lazımdır.

Soyuq tərləməsi olan uşaqlar ilk növbədə həkim müayinəsindən keçməli, daha sonra isə həkim uşağın diaqnozuna uyğun olaraq müalicə proseduru təyin etməlidir.
Məsələn, bir çox uşaqlarda soyuq tərləmənin səbəbi d vitamini çatışmazlığı olduğu halda, sözsüz ki bu durumda həkim ona d vitamini iynesi yaxud da derman preparatları təyin edəcəkdir.

Son olaraq qeyd etmək lazımdır ki, tərləmə şikayəti olan uşaqların əksəriyyətində adətən hər hansı bir ciddi xəstəlik müşahidə olunmur. Lakin, şikayət olan halda uşaqlar mütləq ətraflı müayinə edilməli və tərləmənin hansı səbəbə bağlı olduğu aşkar olunmalıdır.

loading...
Oxşar xəbərlər