İnsanı dirildən, heç zaman çürüməyən büzdüm sümüyünün SİRRİ
İslamda Allahın yaratdığı qəribə məxluqlar haqqında və Məhəmməd (s.ə.s) peyğəmbərin yüksək missiyasının bir çox sübutları mövcuddur. Onlardan biri də büzdüm sümüyüdür. Hər birimizin onurğa sütununun sonunda yerləşən bu balaca sümük qeyri-adi xüsusiyyətlərə malikdir. Belə ki, o heç vaxt yox olmur, hətta torpaqda parçalanmır.
Məhəmməd peyğəmbər büzdüm sümüyü haqqında bunları söyləyib: "Adəmin bütün oğullarının büzdüm sümüyündən başqa bütün orqanları bir-birindən ayrılacaq və parçalanacaq. İnsan onun vasitəsilə yaradılıb və qiyamət günü onun vasitəsi ilə diriləcək”.
Bu hədisdə birmənalı fikirlər və faktlar var:
- İnsan büzdüm sümüyündən yaradılıb.
- Büzdüm torpaqda heç vaxt parçalanmır.
- Qiyamət günü hər kəs sümük vasitəsi ilə yenidən diriləcək.
Büzdüm sümüyünün elmi izahları
Elmi kəşflər də "Quran”dakı bu faktları təsdiq edir. Yuxarıda göstərilən hədisdə olan məlumatların düzgünlüyünü yoxlamaq üçün ingilis alimləri və mikrobioloqları ölmüş insan cəsədini yandırıb. Tədqiqatçılar temperaturu əvvəlcə 1000 dərəcəyədək, sonra isə 6000 dərəcəyədək çatdırıb. Bundan sonra alimlər sobanın içində həyat əlamətləri olan kül yığını aşkar edib. Sonra alimlər yanmayan qalıqları temperaturu 200 dərəcə soyuq olan yerə yerləşdirib, amma büzdüm sümüyü yenə əvvəlki kimi qalıb. Mikrobioloqlar büzdüm sümüyünü daha çox təsirə məruz qoymaq üçün üzərinə aqressiv turşular töküb. Turşular sümüyün yerləşdiyi şüşəni belə əridib, amma hüceyrələr hələ də yaşamağa qabil idi.
Çinli alimlər də analoji tədqiqatlar aparıb. Onlar bu dəfə sümüyə güclü radioaktiv işıq ötürüb, müxtəlif turşulardan istifadə ediblər. Nəticədə, onlar da eyni qənaətə gəlib və insan skeletinin bu balaca sümüyünü tamamilə məhv etmək mümkün olmayıb.
Yəmən tədqiqatçıları Osman əl-Cilani və Şeyx Əbdül Məcid Azzandi 2003-ci ilin Ramazan ayında büzdüm sümüyü üzərində bir neçə eksperiment aparıb. Onlar sümüyü qaz alovunda 10 dəqiqə ərzində saxlayıb. Sümüklər əvvəlcə qırmızı rəng alıb, sonra isə qaralmağa başlayıb. Bundan sonra alimlər büzdüm sümüyünün qalan və qaralmış hissəciklərini kolbalarda məşhur Əl-Olaki laboratoriyasına gətirib. San universitetinin patologiya və gistologiya üzrə professoru və həkimi Salix qalıqları tədqiq edəndə alovun büzdüm sümüyünün hüceyrələrinə təsir göstərdiyini görüb. Bu da o deməkdir ki, qaz alovu yalnız yağ və sümük iliyini parçalayıb, sümük hüceyrələri isə sağ qalıb!