Çiyin ağrıları və onların səbəbləri - Mütəxəssis fikiri

loading...

Çiyin ağrıları və onların səbəbləri - Mütəxəssis fikiri

Çiyin oynağı bədənimizdə ən geniş hərəkət fəaliyyətinə malik olan oynaqlardır. Skapula (kürək sümüyü), klavikula (körpücük sümüyü) və humerus (çiyin) başı sümüyünün bir araya gəlməsindən ibarət olan oynaqdır. Çiyin oynağının normal hərəkət edə bilməsi üçün bu üç oynaq uyğun formada fəaliyyət göstərməlidir. Çiyin ağrıları və onların səbəbləri  haqqında türkiyəli həkim-mütəxəssis Alp Gurbetin fikirləri ilə sizi də tanış edirik.

 

Həkim bildirir ki, çiyin ağrısına ən çox səbəb olan amillərdən biri "çiyin tutulması sindromu”dur. "Çiyin tutulması sindromu” oynaqlarda funksiyasında pozulma səbəbindən qolu yuxarı qaldırmağı təmin edən əzələ tendonunun çiyin sümükləri arasında sıxışması nəticəsində zədələnməsidir: "Bu zədələnmə nəticəsində qol hərəkətləri ilə çiyin bölgəsində üst qola yayılan ağrı ortaya çıxır. Hətta bəzən zədələnmə ciddi olduqda tendonun qopmasına yol açaraq, çiyin-oynaq hərəkətlərində ciddi zədələnməyə səbəb ola bilər. Çiyinin 90 dərəcə və ağırlıqla qaldırmaq, yuxarıya uzadaraq iş görmək, çiyin oynağı 90 dərəcə və ondan yuxarı mövqedə yatmaq, məcburedici zədələr kimi səbəblər çiyin əzələlərinin daha da çox tutulmasına və gərilməsinə səbəb olur. Bunların nəticəsində insan vaxt keçdikcə yavaş-yavaş artan ağrılar və ani bir hərəkət sonrası ortaya çıxan çiyin ağrılarından, eyni zamanda hərəkət məhdudlaşdırılmasından da şikayət edə bilər”. Xüsusilə qolu geriyə atmaq, üst paltarı geyinmə hərəkəti və ya qolu yuxarı uzadan zamanı çiyin ağrısından şikayət edilir. Bu halda getdikcə çiyin hərəkətləri təzyiqə məruz qala bilər. "Çiyin donması" dediyimiz olduqca ciddi çiyin oynağı hərəkət məhdudlaşdırılması ilə nəticələnə bilər.

 

 

Çiyin oynağı üçün edilə biləcək başqa bir tətbiq isə göstərmə üsulu ilə çiyin oynağını meydana gətirən 3 əlavə steroid+lokal anesteziya tətbiqidir. Bu əməliyyat xüsusilə oynaq içində iltihab olan xəstələrdə ağrının azaldılmasına kömək edir. Sadaladığımız müalicə üsullarıyla yaxşılaşmayan, şikayətləri qısa müddətdə təkrarlanan və çiyin əzələsi tendonunda ciddi dəliyi olan xəstələrə cərrahi üsullar tətbiq olunmalıdır. 


loading...
Oxşar xəbərlər