Günah nədir ?
Günah – bu söz hər kəsi çəkindirəcək, ehtiyat etdirəcək bir ağırlığa sahibdir.
Günahın mənası nədir ? Allahın qullarını cəhənnəmə sürükləyən günahları yaratmasındakı hikmət nədir ?
Günah – cəzanı haqq edən əməl, dinə qarşı gələcək əməl və Allahın əmrlərinə uymayan hərəkət deməkdir.
Allah günahları, qulların Ondan bağışlanmalarını diləmələri üçün yaratmışdır.
Günah etmək şübhəsiz ki, insanların başına gələn, bilərəkdən – bilməyərəkdən, yaxud şüurlu – şüursuz şəkildə edilən bir insanlıq halıdır.Qulun etdiyi günahlardan sonra, özünü aləmlərin Rəbbinə bağışlanmasının ən gözəl yolu isə tövbə etməkdir.
Mömin olan insan etdiyi günahı dağ kimi görməlidir
"Mömin, müdrik insan günahını dağ kimi görüb, üstünə düşəcəyindən qorxar.
Cahil və mömin olmayan insan isə günahını üzərinə qonan kiçik bir həşərat kimi və onu silkələdiyi anda uçub gedəcəkmiş kimi olduğunu qəbul edər”
Hər insan övladı günah işləyə bilər.Lakin şüurlu insanın fərqi ondadır ki, o etdiyi günahın, səhvin fərqində olsun.Bu əməlini ilk olaraq öz daxilində özünə və Allah dərgahında Ona etiraf etsin.Günahları üçün tövbə edib, həyatına sağlam şəkildə davam edə bilsin.