Ev şəraitində limon yetişdirməyin asan üsulu - video

loading...

Ev şəraitində limon yetişdirməyin asan üsulu - video

Bəzi bitkisevən insanlar var ki, ev şəraitində istədikləri bitkini yetişdirə bimirlər. Limon bitkisinin də çox vaxt ev şəraitində əmələ gəlmədiyi deyilir. Amma bunun əslində çox asan bir üsulu var. 

Sizə limon yetişdirmənin qaydasını izah edirik:

Əvvəlcə bir limonu ikiyə ayırın və içindəki tumlarını çıxarın. Daha sonra bu tumları süzgəcə qoyub yaxşıca yuyun və qurulayın, dırnaqlarınızla tumları yarıya bölərək açın. 

Digər bir tərəfdə ilk müvəqqəti olaraq istifadə edəcəyiniz metal bir qabı (boş konserv qutusu istifadə edə bilərsiniz) yarısından çoxunu torpaq ilə doldurun və ikiyə ayırmış olduğunuz tumları torpağa müəyyən aralıqlarda qoyun və üstünü yenidən torpaqla örtüb, sulayın. 

Ən son olaraq kağız salfeti dörd qatlayaraq torpağın üzərinə qoyun və təkrar sulayın. Bu şəkildə tumlar göyərənə qədər üstüörtülü olaraq gözlədin və cücərmə olunca onları oradan çıxarıb normal dibçəkdə əkin.


loading...
Oxşar xəbərlər