TÜTÜN və SİQARET qoxusunu evinizdən necə təmizləyə bilərsiniz ?
Aile.fenomen.az saytı faydalı məlumatlar paylaşmağa davam edir.
Əgər ailə daxilində heç olmasa, 1 nəfər siqaretdən istifadə eən şəxs varsa, bu bütün ailə üçün narahatçılıq törədə bilir.Belə vəziyyətdə əlbəttə ki, bu hal da var ki, bizlərdən bəzisi həyət evində, bəzimiz isə bina evi şəraitində yaşayırıq.Həyət evi şəraitində siqaret və tütü qoxusu bəlkə də o qədər də problem yaratmaya bilər.Lakin, eyni sözləri bina evində yaşayanlar üçün söyləmək olmaz.
Məhz elə bu naratlıqları nəzərə alaraq, sizlərə ev şəraitində belə xoşagəlməz qoxuların xalq təbabəti yolu ilə necə qarşısını ala bilmənin yolları ilə tanış edəcəyik.
1 ) İlk və əlbəttə ən böyük məsləhətimiz budur ki, məhz elə bu an siqaret çəkməyi tərgidin.
Bu sizin üçün hərtərəfli böyük təhlükə və ziyandır.Həm sğlamlığınız, həm də maddi baxımdan.Bu zərərli vərdişdən bacara biləcəyiniz qədər tez xilas olmağa çalışın.
2) Təbii aromatizatorlar – kəsilmiş və otağa qoyulmuş portağal qabığı havada olan tütün iyini çəkmək üçün çox effektivdir.
Həmçinin bu yolda qəhvə dənələrini də unutmaq olmaz, iyi itirmək üçün çox təsirlidir.
Yadda saxlayın belə təbii aromatizatorlar evinizi o cür xoşagəlməz qoxulardan 1 – 2 gün müddətində təmiz saxlayacaq.
3) Sirkə - 1 stəkan alma sirkəsi götürün və onu yarım stəkan su ilə qarışdırın.Bu qarışım masadan, şkafdan və başqa mebellərdən qoxunu süngər kimi özünə çəkəcək.Lakin təmizlik etdikdən sonra otağı yaxşıca havalandırmaq lazımdır ki, sirkə qoxusu otaqda qalmasın.
4) Düyü - əgər otaqda, mətbəxdə daimi olaraq siqaret qoxusu hökm sürürsə, o zaman 1 qaba düyünü tökün və otağa tütün qoxusu gələ yerə qoyun.Əmin olun ki, bir müddət sonra düyü bütü xoşagəlməz qoxunu özünə çəkəcək.