Hamiləlik əleyhinə istifadə olunan kontraseptivlərin növləri

loading...

Hamiləlik əleyhinə istifadə olunan kontraseptivlərin növləri

 

 

 

Hamiləlik əleyhinə istifadə olunan kontraseptivlərin növləri

Kontraseptivlərin tərkibində həm estrogen, həm də progestin komponent təqdim olunmuşdur. Adətən kontraseptivlərin təsir mexanizmi eyni olur. Müxtəlif cür kontrseptivlər vardır.

1. Həblər.

Kontraseptiv həblər doğuşdan 21 gün sonra qəbul edilə bilər. Hər gün eyni vaxtda 1 həb qəbul edilir. 28 həblik bağlamanın istifadəsi zamanı, növbəti bağlamanın həblərinin qəbuluna dərhal, yəni fasiləsiz başlamaq lazımdır. Aybaşı qanaxmasının vaxtını gecikdirmək zəruriyyəti yaranarsa, həbləri 7 gün fasilə vermədən yenidən başlamaq lazımdır.

Üçfazlı kontrseptivlərin qəbulu zamanı növbəti bağlamadakı həbləri qəbul etməklə aybaşını ləngitmək olar. Lakin qeyd etmək lazımdır ki, üçfazlı kontraseptivlərin qəbulu arasında 7 gün fasilə vermək mütləqdir, çünki hormonların səviyyəsinin dəyişməsi qanaxmaya gətirib çıxara bilər.

2. Kombinəedilmiş inyeksion kontrseptivlər.

Bu preparatlar satışa Cyclofem, Mesigyna və sairə kimi xüsusi şprislərdə daxil olur. Kontraseptiv ayda 1 dəfə əzələ daxilinə yeridilir, inyeksiya 1 həftə gec və ya tez də vurula bilər. Bu müddətdən artıq gecikdirilərsə, qadın hamilə qala bilər.

3. Kombinəedilmiş uşaqlıq yolu həlqəsi – Nova Rinq.

Tərkibində 15 mkq etinilestradiol və 120 mkq etanoqestrel olan uşaqlıq yoluna 3 həftəlik müddətə yeridilən həlqəşəkilli kontraseptivdir. Hər menstural tsikl ərzində 3 həftə müddətində uşaqlıq yoluna yeridilən 1 vaginal həlqə istifadə olunur. Bu üsul çox effektlidir. Bu kontraseptivdən istifadə zamanı qadınların hamilə qalma şansı çox düşük olur.

4. Kombinəedilmiş dəri plastırı – Evra.

Bu sistem qan dövranına hormonların daimi konsentrasiyada dəridən keçməsini təmin edən hormonal kontrasepsiya üsuludur. Transdermal sistem 3 nazik plastrdan ibarətdir, həftədə 1 plastr istifadə edilir, 3 həftədən sonra aybaşının ilk günündən yeni plastrın istifadəsinə başlanılır.

5. Yanlız progestin tərkibli kontraseptivlər.
Bu qrup hormonal kontrasepsiyaya mini həblər, inyeksiyalar, dərialti implantlar aiddir.

 

immunitet.az

 

 

loading...
Oxşar xəbərlər