Ekstrakorporal mayalanma

loading...

Ekstrakorporal mayalanma

Ekstrakorporal mayalanma.
Son illər sonsuz nikahın müalicəsi zamanı ekstrakorporal üsuldan istifadə edilməsi geniş yayılmışdır. Ekstrakorporal mayalanma orqanizmdən kənar ositlərin mayalandırılması və uşaqlıq boşluğuna köçürülməsidir.
Ekstrakorporal mayalanma 35 ildir ki, həyata keçirilir. İlk uşaq 1978-ci ildə İngiltərədə doğulmuşdur. O vaxtdan bu üsul dünyanın hər yerində həyata keçirilir. Bu üsul sonsuzluğa qarşı ən yaxşı mübarizə üsuludur. Bu cür mayalanmanın üstünlük effekti 30-40% arasında dəyişir. Ekstrakorporal mayalanma zamanı bir sıra fəsadlar da baş verə bilər. Ən ciddi ağırlaşmalardan biri yumurtalıqların hiperstimulyasiya sindromudur. Bu özünü yumurtalıqların stromasının ödemi, qansızması və çoxsaylı kistlərin hesabına böyüməsi ilə biruzə verir. Seroz boşluqlarda assit mayenin toplanması baş verir.
Ekstreporkoral mayalanmanın ağırlaşmalarına yumurtalığın cırılması, ektopik hamiləlik və çoxdöllülük aiddir. Yumurtalığın cırılması və ektopik hamiləlik zamanı laporoskopik əməliyyat, çoxdöllülük zamanı isə dölli reduksiyası aparılır.
Hazırda bu köməkçi reproduktiv metodun tətbiqinə dair dəqiq göstərişlər və əks göstərişlər üzərində yeni araşdırmalar aparılır.

loading...
Oxşar xəbərlər