Appendiksin və badamcıqların xaric olunması hamiləliyin ehtimalını artırır
loading...
CNN xəbər verir ki, Dandi Universiteti (Böyük Britaniya) alimləri araşdırmalar zamanı çox maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, appendiks və badamcıqları xaric olunmuş qadınlar daha tez və problemsiz hamilə qalırlar. Alimlər yarım milyon qadının tibbi kartlarını təhlil ediblər. Araşdırma 15 ilə yaxın davam edirdi. Araşdırma göstərib ki, appendiksin xaric olunması hamiləliyin ehtimalını 34%, badamcıqların xaric olunması 49% artırır. Təbii ki, bu o demək deyil ki, hamiləliyin ehtimalını artırmaq üçün qadın buna səbəb olmadan appendektomiya və tonzilekomiya əməliyyatlarından keçməlidir. (saglamolun.az)
loading...