Doğuş sonrası ağrıları yüngülləşdirmək üçün üsullar

loading...

Doğuş sonrası ağrıları yüngülləşdirmək üçün üsullar

Bütün hamilə qadınlar doğuşun ağrılı olacağını bilir və doqquz ay boyunca buna görə narahat olurlar. Ancaq ağrı-acıların, bütün o əziyyətin doğuşdan sonra dərhal bitməyəcəyini hesaba almırlar. Vaginadakı ağrı doğuşdan sonra günlər, hətta həftələrlə davam edə bilər. Lakin doğuş sonrası ağrıları yüngülləşdirmək üçün üsullar var. Qadınları doğuşdan sonrakı ağrıları azaltmağın 8 üsulu ilə tanış edirik. Nəzərə alın ki, bu üsullar ağrıları aradan qaldırmağa kömək etsə də, əmizdirən analar üçün etibarlı olmaya bilər. Buna görə də sınaqdan əvvəl mütləq həkimlə məsləhətləşin.

 

Rahatlaşdırıcı sprey

 

Vaginal doğuş nəticəsində baş verən cırılmalar, aşınmalar və qabarıqlıq sidiyə getməkdə çətinlik yarada bilər. Bu zaman sizə "sehrli şüşə” - kiçik, əldə daşına bilən bir sprey kömək edəcək. Sprey şüşəsini ilıq su ilə doldurun. Sidiyə gedərkən vaginaya sıxaraq ağrını yüngülləşdirin. İlıq su həssas yeriniz üçün rahatlaşdırıcı olacaq. Ancaq suyu birbaşa vaginaya sıxmayın. Çünki bu, daha çox narahatlığa səbəb ola bilər. Sidiyə getdikdən sonra qanı və sidiyi təmizləmək üçün bir az daha su sıxın.

 

Buz həzzi

 

Bir buz torbasını parçaya və ya başqa yumşaq materiala bükərək, ehtiyaca görə saatda təxminən 15-20 dəqiqə ərzində tətbiq etmək iltihablanmağı və qabarıqlığı azaldar. Xəstəxanada doğuşdan sonra evə getməzdən əvvəl alt paltarınıza qoymanız üçün bez şəklində, tək istifadəlik buz torbalarından verilə bilər. Əgər belə bir imkanınız yoxdursa, tibbi vəsaitlər satılan bir yerdən və ya aptekdən əldə edə bilərsiniz. Ya da bir prezervativi su ilə doldurun, ucunu bağlayın və dondurun. Əldə etdiyiniz buz balonunu təmiz, pambıq parça ilə bükün. Vagina bölgənizə rahatlıqla oturacaqdır.

 

Vanna

 

Vannada oturmaq doğuşdan sonra narahatlıqları aradan götürmək üçün ən yaxşı vasitələrdən biridir. İlıq su bölgədəki qan axışını sürətləndirərək yaxşılaşmağa və toxumaların sürətlə bərpa olunmasına kömək edəcək. Oturma duşunu təmiz bir ləyəndə edə və ya bir çox xəstəxanada olan vanna aparatlarından istifadə edə bilərsiniz. Gündə 20 dəqiqəlik ilıq su duşu idealdır.

 

Saç qurutma feni

 

Sidiyə getdikdən, sprey istifadə etdikdən və oturma duşu qəbul etdikdən sonra ayaqlarınız aralı formada oturun və saç qurutma fenini 15-20 sm uzaqlıqda tutun. Feni ən aşağı dərəcədə, ilıq hava üfləyəcək şəkildə işlədin və saçınızı qurudurmuş kimi hərəkət etdirərək, 3 dəqiqədən çox olmayaraq tətbiq edin. Ağrını hər zaman rahatlatmasa da, qarşısını almağa  kömək ola bilər. Doğuş və ya tikişlər səbəbindən şişkinlik və iltihabdan əziyyət çəkirsinizsə, tualet kağızından istifadə etməyin.

 

 

Çay

 

Qara çayın anti-iltihab xüsusiyyətləri hemoroy və ya cırılma qaynaqlı perineal ağrıları yatıra bilər. Paket qara çayı ¼ stəkan qaynar suya qoyun və su soyuyana qədər dəmləyin. Paketi yüngülcə sıxın və həssas bölgənizə yerləşdirin. Yerində dayanması və alt paltarını ləkələməməsi üçün bezdən də istifadə edin.

 

Ağrıkəsici spreylər

 

Apteklərdə satılan ağrıkəsici spreylər də bu dövrdə işinizə yarayacaq. Hamamdan çıxdıqdan sonra yaralı bölgələrinizi sərinlədib keyitmək üçün aerozol tətbiq edin.

 

İbuprofen

 

İbuprofen doğuşdan sonra qanaxmaya köməkçi olan, spazmı azaldan və perineal ağrını yüngülləşdirən möcüzəvi bir anti-iltihab dərmandır. Əmizdirmə əsnasında istifadəsi etibarlı olsa da, ilk növbədə, həkimlə məsləhətləşin.  (lent.az)

 

 

loading...
Oxşar xəbərlər