STEYK Bişirilərkən Edilən 4 SƏHVİ ÖYRƏNİN
Aile.fenomen.az saytı məlumat verir ki,
Bəzən elə görünür ki, əti - xüsusilə də steyki hazırlamaq asandır.Axı onu hazırlamaq üçün sadəcə bir neçə inqredient tələb olunur.Sanki əti tavaya qoydun, ikitərəfli şəkildə qızartdın və yumşaq, dadlı steyk hazırdır.
Kaş ki bu elə belə olardı.Steyk hazırlandığı zaman çox vaxt quru və möhkəm alınır.Bəs görəsən əti gözəl şəkildə bişirə bilmək üçün hansı səhvlərə yol verməmək lazımdır ?
Siz quru, yağsız ət almısınız
Bəzi ət yeməkləri mövcuddur ki, onların tərkibi yağsız olmalıdır.Lakin, əgər söhbət steykdən gedirsə, yaxşı olar ki, bu üzərində yağı olan tikələr, məsələn, antrikot, yaxud da minyon - fele olsun.Belə ətdən hazırlanmış steyk çox güman ki, ətirli və dadlı alınacaq.
Siz əti əvvəlcədən ədvalamamısınız
Steyki bişirmədən 30 - 40 dəqiqə qalmış yaxşıca duzlayıb, istiotlasanız əmin olun ki, ətin dadı daha gözəl alınacaq.Yox əgər əti elə tavaya qoyduğunuz zaman duzlayıb, istiotlasanız, o zaman yeməyin dadı başqa cür olacaq.
Siz əti qurumadan, sulu şəkildə bişirirsiniz
Onu yadda saxlayın ki, hər nə qədər ətin üzəri sulu olsa o tavaya qoyduğunuz zaman tüstüləməyə başlayacaq.Bunun qarşısını almaq üçün isə yaxşı olar ki, ətin hər iki tərəfini qurulayasınız və əti tam quru şəkildə qızardasınız.Tavaya quru şəkildə qoyulmuş steyk daha dadlı və xırt - xırt olur.
Siz tavanı kifayət qədər qızmağa qoymamısınız
Əti bişirdiyimiz zaman kifayət qədər isidilmiş tavaya qoymasaq, əti qoyan zaman o buxar buraxacaq, karamelizə olunmayacaq.Buna görə də əti bişirməzdən əvvəl onu yaxşıca qızmış tavaya qoyun.