Tərəvəzli Lavaş Bükməsi
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bu gün sizə olduqca maraqlı, dadlı, sadə resept təqdim edəcəyik.Beləliklə, reseptimizi hazırlamaq üçün aşağıdakılar lazımdır :
Lavaş
Xiyar ( zövqə görə )
Yerkökü ( zövqə görə )
Yumurta ( bişirilmiş )
Yaşıl soğan
Şüyüt
Mayonez
Duz, istiot
Duru yağ
Xiyar, yerkökü və yumurta sütkəcdən keçirilir və ayrı - ayrı qablara yığılır.Daha sonra lavaş götürülür, üzərinə mayonez çəkilir, sonra isə üzərinə sıralı şəkildə yerkökünü, xiyarı, yumurtanı və göyərtini səpirik.Bu arada duz və istiot da əlavə etməyi unutmayın.Tərəvəzləri mayonez çəkilmiş lavaşa qoyduqdan sonra onu rulet şəklində bükün.Bükdükdən sonra isə bir ruleti 3 - 4 bərabər hissələrə kəsin.Belə ardıcıllıqla lavaşları bükün və kəsin.Kənarda tavaya bir qədər duru yağ əlavə edin və tavanı qızdırın.Yağ qızdıqdan sonra isə kəsilən lavaş bükmələrini tavaya qoyun və iki tərəfli qızardın.
Qızarmış lavaş bükmələrinin incə və gözəl dadı damaq zövqünüzü oxşayacaq.
NUŞ OLSUN !
loading...