loading...
loading...

Bədənimizi tanıyırıqmı ? İnsan orqnizm və bədəni ilə bağlı Maraqlı Faktlar

loading...

Bədənimizi tanıyırıqmı ? İnsan orqnizm və bədəni ilə bağlı Maraqlı Faktlar

 

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.

 

Məlumatımız hər birinizə maraqlı gələcək.Çünki, hər kəs istəyər ki, öz bədən və orqanizmini daha yaxşı tanısın.Beləliklə, insan bədəni ilə bağlı çoxlarınızın bilmədiyi maraqlı faktları sizə təqdim edirik.

 

Gözlər doğulduğumuz zamankı böyüklükdə qalır.Yəni, onlar heç böyümürlər.Burun və qulaqlarımız isə öldüyümüz ana qədər böyüyə bilirlər.

 

Kişilər qadılardan daha çox və tez – tez hıçqırarlar.

 

Soyuq otaqda yatanların kabus görmə ehtimalı daha çox olur.

 

İnsan nə isə bir şey udarkən nəfəs ala bilməyən yeganə məməlidir.

 

Bir insan həyatı boyu ifraz etdiyi tüpürcək ilə iki üzmə hovuzunu doldura bilər.

 

Yenidoğulmuş körpə ətrafı yalnız ağ və qara rəngdə görür.Digər rəngləri isə zaman – zaman görməyə başlayar.

 

Boy ölçümüz səhərlər axşama nisbətən 1 sm daha uzun olur.

 

Bir insan yemək yemədən 20 gün, su və maye qəbul etmədən isə yalnız 2 gün qala bilər.

 

Qadınlar kişilərdən 2 dəfə daha artıq göz qırparlar.

 

İnsan mədəsi normalda 3 litrə yaxın qida və maye tutur.Lakin ən son həddə bu rəqm 5 litrə qədər qalxa bilər.

 

İQ, yəni zəkanız artdıqca, inkişaf etdikcə gördüyünüz yuxuların da sayı artacaqdır.

 

Orta barmağımızın dırnağı digər barmaqlara nisbətən daha tez uzanır.

 

Kişilərin orqanizmində 7 litr, qadınlarda isə 5 litrə yaxın qan olur.

 

İnsanların barmaq izləri kimi, dil izləri də yalnız həmin insanın özünə məxsusdur və təkdir.

 

Bədənimizdəki ən güclü sümük çənə sümüyümüzdür.

 

Qadın ürəyi kişilərə nisbətən daha sürətli vurur.

 

İnsan duyğularına görə göz yaşı tökən yeganə canlıdır.

 

Bir insanın öz əli ilə öz – özünü boğması qeyri – mümkündür.

 

Bütün körpələr mavi gözlü doğulur.Zaman keçdikcə isə öz əsl göz rəngini alırlar.

 

Qadınların qoxubilmə hissiyatı kişilərdən daha üstündür.

 

Orqanizmimizdə ə güclü əzələlər dilimizdə toplanır.

loading...
Oxşar xəbərlər