Faydalı MƏSLƏHƏTLƏR

loading...

Faydalı MƏSLƏHƏTLƏR

 
 

Aile.fenomen.azsaytı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


Bu məlumatımızda məişət və gündəlik həyatda hər birimizin köməyinə gələ biləcək məsləhətlərimizi sizinlə də paylaşacağıq.


Balıq qızartdığınız zaman pis və tünd qoxunu aradan qaldırmaq üçün kartofu soyub, onu dilim şəklində kəsib qızartdığınız bitki yağına qoyun.


Sobada ət qızardığınız zaman ətin yanmaması və qurumaması üçün soba qabına 1 stəkanda su qoyun.


Yaşlı toyuq ətini daha tez bişməyini istəyirsinizsə, toyuq qaynadıqdan 30 dəqiqə sonra 5 – 6 dəqiqəlik onu soyuq suda saxlayın.


Əgər tərkibi bitki yağı əlavə olunmalı bir salat hazırkamaq fikrindəsinizsə, bitki yağını salata yalnız duz, sirkə və istiot atıldıqdan sonra əlavə edin.


Yağ əlavə olunmuş tavada yağın ətrafa yayılmasının qarşısını almaq istəyirsinizsə, içərisində yağ olan tavaya bir qədər duz tökün.


Paxlanın və ya lobyanın qaynadıldığı zaman qaralmasının qarşısını almaq istəyirsinizsə, onu ağzı açıq qazanda qaynadın.


Əgər tavada kərə yağını əritdiyiniz zaman onun qaralmasını istəmirsinizsə, qızdırılmış tavanı bir qədər bitki yağı ilə sürtün.


Köhnə kartofa bir qədər sirkə, dəfnə yarpağı əlavə etsəniz onun dadı daha yaxşı olacaq.


Qızartdığınız zaman balığın tikələrə bölünməməsi və qızılı qabıq kimi qızarması

üçün balığı doğrayıb yuduqdan sonra onu dəsmalla qurulayın və tez duzlayın.


Əgər yeməyə dəfnə yarpağı əlavə etmisinizsə, yemək bişdikdən sonra dərhal onu çıxarın.Çünki yeməkdə qalan yarpaqlar xoşagəlməz qoxu verir.

loading...
Oxşar xəbərlər