Əri Xəyanət Edirsə Qadın Nə Etməlidir ?

loading...

Əri Xəyanət Edirsə Qadın Nə Etməlidir ?

 

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.


Statistikaya əsasən, hər beş kişidən dördü öz xanımına xəyanət edir.O dörd nəfərdən yalnız biri xəyanət başında tutulur.Statistikanın ürəkaçan olmadığı doğrudur.Lakin burada əsas məsələ nigahın sona yetməsinə səbəb olan xəyanət deyil, məsələ artıq kişilərin”onsuz” qala bilmədiyi  "sistemli” şəkil almış xəyanətlərindən gedir.


Beləliklə, əriniz xəyanət edirsə nə etmək və özünü necə aparmaq lazımdır?


Xəyanət edən əri necə tanımaq olar və sirrləri hansılardır?


Əlbəttə ki, ərinin xəyanət etməsinin ilk siqnalını onun xanımının ürəyindəki narahatlıq hissi verir.Sanki hər şey normal və əvvəl olduğu kimidir, amma nələr isə düzgün getmir və ürək narahatdır.Sanki arxanızda böyük səs – küylü hallar yaşanır, əriniz isə çiyninizə vurub, "hər şey əladır” deyib sizi aldadır.


Sonra isə başqa əlamətlər üzə çıxmağa başlayır :


1.       Anidən xarici görünüşünə həddindən artıq çox diqqət yetirməsi


2.       Xəyanət etdiyi zaman kişinin özünün qoxusu dəyişir.


3.       Ailədə münasibətlər dəyişir.


4.       İntim münasibətlər getdikcə azalır, demək olar ki, yoxa çıxır.


5.       Günlük rejimi və qida rasionu belə dəyişir.


6.       Yeni jest – mimika, səsdə dəyişikliklər yaranmağa başlayır.


7.       Ailə büdcəniz məlum olmayan istiqamətlərə axıb gedir.


8.       Işdə gecikmələr və mütəmadi olan iş ezamiyyətləri artıq adət halını almağa başlayır.


9.       Mobil telefonu artıq əvvəlki kimi ortalıqda yox, ərinizin daima üstündə olur.


Əgər siz xəyanət etdiyi üçün ərinizi tərk etmək istəməyənlərdənsinizsə, aşağıdakıları etməyiniz məsləhətdir :


Müdrik qadın ərinin belə xəyanətlərinə hər zaman göz yuma bilər.


Özünüzü alçaltmayın və isterik hallara yol verməyin.

 

Əgər ərinizin xəyanət etməsinin səbəbi sizsinizsə, dəyişin, özünüzü dəyişdirin.


Ərini geri qaytarmaq istəyən qadın nə etməlidir ?


1.       Körpələriniz olsa belə, ərinizdən diqqətinizi heç vaxt əsirgəməyin.


2.       İntim münasibətləri unutmayın.


3.       Hər zaman özünüzə diqqət yetirin, baxımlı olun.


4.       "Ərimin telefonuna, noutbukuna, ciblərinə baxmayacam” kəlməsini unutmayın.


5.       Yaranan problemli sülh yolu ilə və sürətli şəkildə həll etməyə çalışın.

 

loading...
Oxşar xəbərlər