Xərçəngin Bilmədiyiniz 10 ƏSAS ƏLAMƏTİ
Məlumdur ki, xərçəng xəstəliyi ilkin mərhələlərdə hər hansı bir əlaməti ilə büruzə verilmir.Məhz müalicə oluna bilməmə yaxud gec müalicəyə başlama prosesi də məhz bu səbəbindən yaranır.
Məlumatda çalışacağıq ki, bu dəhşətli xəstəliyin ən ilkin hesab olunan əlamətlərini sizinlə də bölüşək.
Dəri altında olan düyünlər - bu əsasən incə və zərif nahiyələrdə, məsələn, sinə, yumurtalıq, qoltuqaltı, boğaz, qarın və digər nahiyələrdə yaranır.Əgər bu nahiyələrə toxunduğunuz zaman hər hansı bir düyün yaxud şişə toxunma hiss edirsinizsə, mütləqdir ki, həkimə müraciət edəsiniz.
Bağırsağın fəaliyyətində dəyişikliklərin olması - defekasiya zamanı ağrıların olması, tutqun yaxud açıq rəngli defekasiya, bunlar hər biri ilkin əlamət kimi qeyd oluna bilər.Bu dəyişikliklər kolorektal xərçəngin indiqatorları hesab olunur.
İştahanın kəsilməsi yaxud da udqunma ilə bağlı problemlər - istənilən həzm sistemi üzvünüzün fəaliyyətində ağrı yaxud narahatlıq hiss edirsinizsə, bu artıq həyəcan təbili deməkdir.
Ağız yaxud dil bölgəsində ağ rəngli köpük yaxud da şişmələr - ağız, damaq, dil və boğaz nahiyəsində ağ rəngli belə şişmələr müşahidə olunursa həkim müdaxiləsi vacibdir.
Qanaxma - istənilən qanaxma prosesi ( menstrual dövrü istisna etməklə ) narahatlığa səbəb olmalıdır.Xüsusilə də əgər qanaxma sinə və uşaqlıq yolundan gəlirsə həkimə müraciət təcili baş verməlidir.
Öskürək - qrip xəstəliyi dövrünü istisna etsək, başqa bir zamanda öskürmə halı, ağciyər,həzm sistemi, boğaz və hətta mədə xərçənginin carçısı ola bilər.
Sağalmayan yaralar - əgər bədəninizdə kəsilmiş yaxud da zədələnmiş bir hissə sağalmırsa, bu da xərçəngin əlaməti sayıla bilər.Çünki, yaralar sağalmırsa bu orqanizmin immun siteminin kifayət qədər olmaması deməkdir.
Səsdə olan dəyişkliklər - qırtlaq xərçənginin ilkin əlaməti səsin dəyişməsidir.