Xalq Təbabəti Üsulları İlə BABASİLİ Müalicə Edin

loading...

Xalq Təbabəti Üsulları İlə BABASİLİ Müalicə Edin

 
Aile.fenomen.az saytı məlumat verir  ki,

Müasir dövrümüzdə babasil insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir.
Hemorroy, yəni babasil – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsidir.Bu xəstəliyin əsasən ilkin əlamətləri aşağıdakılardır :

-  defekasiya aktının ağırlaşması ;

- anal dəlik nahiyəsi ətrafında qaşınma ;

- bağırsaqdan qanaxmanın gəlməsi.

Bu problemi həll etmək üçün isə yaxşı olar ki, həkimə müraciət edəsiniz.Lakin, əgər probleminiz o qədər də ciddi deyilsə sizinlə bu mövzuda bir neçə xalq təbabəti reseptlərini paylaşacağıq.

ÇAYTİKANI YAĞI
Bu demək olar ki, ən təhlükəsiz və təsirli xalq təbabəti müalicəsidir ki, hətta ondan hamilə xanımlar da istifadə edə bilər.
Çaytikanı təbii turşular, faydalı maddə və vitaminlərlə zəngindir ki, bu da zədələnmiş toxumaları yenidən bərpa edir.Tərkibində olan iltihabəleyhinə olan fəaliyyətinin hesabına ağrı hissini aradan qaldırır, qanaxma və diskomfort hissini aradan qaldırır, hemoroy hovlarının ölçüsünü kiçildir.
Çaytikanı yağını hər gün ac qarına 1 xörək qaşığı miqdarında daxilə qəbul edin.Səhər yeməyinizi isə artıq yarım saat sonra yeyə bilərsiniz.

GİCİRTKƏN DƏMLƏMƏSİ
Məlumdur ki, oturaq həyat tərzi sürən insanlar daha çox bu xəstəlikdən əziyyət çəkirlər.Elə isə növbədə olan reseptimiz onların köməyinə gələcək.
Yarım stəkan quru gicirtkəni götürün, üzərinə qaynar su əlavə edin, ağzını qapaqla möhkəm bağlayın və arada qarışfırmağı unutmadan soyumağq üçün kənara qoyun.Sonra bu suyu süzün.Yaşıl rəngli su alınacaq.Bu suyu səhər, günorta və axşam için və hemorroy sizi tərk edəcək.

 

loading...
Oxşar xəbərlər