Görmə Xəstəlikləri Əleyhinə Xalq Təbabəti Üsulları
Aile.fenomen.az saytı sağlamlıq və xalq təbabəti bölməsinə aid maraqlı məlumat paylaşacaq.
Görmə faizinin aşağı düşməsini meyvə, tərəvəz, çərəzlər qəbul etməklə nisbətən qarşısını almaq olar.Alimlərin sübutlarına əsasən yanlış qida qəbulu ciddi görmə pozğunluqlarına yol aça bilər.Xəstəliyi yaradan səbəblərə artıq çəki, ziyanlı vərdişlər və düzgün olmayan həyat tərzi daxildir.
Görmə qüsurları əleyhinə xalq təbabəti üsulu ilə müalicə üsullarını sizə təqdim edirik.
İltihab yaranmış gözə ən yaxşı və təsirli vasitələrdən biri buxara verilmiş bağayarpağı toxumlarıdır.Onları isti şəkildə marla torbacıqlarının arasına qoymaq və kompress etmək lazımdır.
Qlaukoma zamanı gözləri cirədən hazırlanmış qarışımla yumaq çox xeyirlidir.
Gözlərinizdə ağrı və yorğunluq hiss edirsinizsə, təzə xiyar şirəsi, qaynadılmış su və soda qarışımı tez zamanda bu problemi həll edə bilər.
Göz yanması və iltihabı zamanı daha bir müalicəvi vasitə isə palıd qabığından hazırlanmış dəmləmədir.