Kişilərin Səhərlər Ereksiyalı Oyanmalarının Səbəbi NƏDİR ?

loading...

Kişilərin Səhərlər Ereksiyalı Oyanmalarının Səbəbi NƏDİR ?

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Səhərlər çox zaman ereksiyalı halda oyanmaq demək olar ki, kişilərin əksəriyyətinin rastlaşdığı bir haldır.Bu həm də onların yataqdan da gec qalxmalarına səbəb olur.


Onu qeyd etmək lazımdır ki, bu hal son dərəcə normal, təbii, sağlam və həm də yararlı bir haldır.


Əslində kişilər hər gecə 3 - 5 dəfə ereksiya olurlar.Bu hal da təxminən 25 - 35 dəqiqəyə kimi davam edir.Səhərlər olan ereksiya da bu ereksiyalardan biridir.


Kişilər gecələr yuxuda olan zaman sidiyi saxlamaq üçün ereksiya olurlar.Çoxlarının problem kimi qəbul etdiyi bu hal isə əslində fizioloji bir faydadır.Gecə boyunca sidik torbasına dolan sidik kişilərin cinsiyyət orqanını tıxalı bir vəziyyətə gətirir.Orqanizm də sidiyi əngəlləmək üçün ereksiya halına baş vurur.


Kişilərin yaşı artdıqca təbii ki, onların ereksiya olma halları da get - gedə azalmağa başlayır.Səhərlər ereksiya halının ciddi şəkildə azaldığını görən kişilərə isə utanmadan, çəkinmədən və gecikdirmədən həkimə müraciət etmələri tövsiyə olunur.

 

loading...
Oxşar xəbərlər