Səhərlər İdman Etməyə Başlamağın 7 Əsas SƏBƏBİ
loading...
Aile.fenomen.az saytı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.
1. Yüngül şəkildə edilən fiziki çalışmalar qan dövranını sürətləndirməyə, təzyiqi normallaşdırmağa və tez şəkildə tonusu bərpa etməyə yardım edir.
2. Beyinə sürətli şəkildə axan qan onu bol şəkildə oksigenlə təmin edir, bu da o deməkdir ki, sabah siz bir çox işinizi görəcəksiniz və bu yolda sizin qarşınızda heç kim dura bilməyəcək.
3. Alimlər sübut ediblər ki, səhərlər erkən oyanıb səhər idmanı edən şəxslər, əksinə, səhərlər yatağından zorla ayrılan insanlarla müqayisədə gecələr daha sağlam və möhkəm yuxu alırlar.Belə insanlar nəinki gecələr, gün boyu da, işdə də aktiv, əhval - ruhiyyəli olurlar.Odur ki, unutmayın, günün sağlam olması səhər necə oyanmağınızdan asılıdır.
4. Aktiv həyat tərzi keçirən insanlar informasiyaları daha sürətli və asan qəbul edə bilirlər.Səhər idmanı yalnız tez oyannmağa deyil, karyera və iş həyatınızın pilləsində bir mərtəbə daha yüksəkdə olmağınıza şərait yaradacaq.
5. Kompleks şəkildə idman hərəkətlərini yetirən şəxslərin qanına hormonlar ayrılır, bu zaman da əhval - ruhiyyə yüksəlir, onlarda məmnunluq, minnətdarlıq hissləri yaranır.Fiziki məşqlər sizixoşbəxtlik və pozitiv dalğasına kökləyir.
6. Səhər idmanı diqqət və konsentrasiya sürətinin yüksəlməsinə səbəb olur.
7. Və ən ümumi və məşhur səbəb isə budur ki, səhərlər idmanla məşğul olmaq hər zaman fiqura və formada olmağa yardım edir.Səhər yeməyinə qədər edilən bir neçə idman hərəkəti orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə, mədə - bağırsaq traktının fəaliyyətinin normallaşmasına və immunitetin möhkəmlənməsinə yardım edir.
loading...