Ayaqların Soyuq Olması Hansı Xəstəlikdən XƏBƏR VERİR ?
Aile.fenomen.az saytlı məlumat verir ki,
Əgər şaxtalı bir gündə gəzintidən gəldikdən sonra ayaqlarınız soyuqdursa, bu normaldır.Yox əgər, mülayim havada yaxud da ki, üzərinizdə örtük olduğu halda ayaq barmaqlarınız və ayaqlarınız üşüyürsə, bu orqanizminizin sizə çaldığı həyəcan təbilidir və bu səsə qulaq asmaq lazımdır.Çünki, bu ciddi problemlərin olması haqqında siqnal ola bilər.
Soyuq ayaqlar hansı xəstəliklərdən xəbər verir ?
Qan dövranının pisləşməsi
Ayaqların üşüməsi və soyuq olmasına bədəndə qan dövranının pis dövretməsi ilə bağlı ola bilər.Buna səbəb isə qan xəstəlikləri yaxud da ki, passiv həyat tərzinin keçirilməsi ola bilər.
Oturaq iş rejimi - ayaqların soyuq olmasına ən böyük səbəblərdən biridir.Bunun üçün isə bir neçə lazımi tədbirlər həyata keçirmək olar.İş prosesində bəzi hərəkətlər edin, durub yenidən özünüzə çay yaxud da qəhvə gətirmək üçün daha kiçik fincandan için, iş yoldaşlarınıza telefonla zəng vurmayın, yaxşı olar ki, onların birbaşa kabinetlərinə gedəsiniz.
Qalxanvari vəzi problemləri
Ayaqların soyuq olması qalxanvari vəzdə problemlərin olması səbəbindən yarana bilər.Bunun üçün USM - dən ( ultrasəs müayinəsindən ) keçmək və endokrinoloqa müraciət etmək lazımdır.
B qrup vitaminlər çatışmazlığı
Verilən siyahıda ən asan probelmdir.Lakin, bir daha qeyd etmək lazımdır ki, belə bir problemi olan şəxs mütləq şəkildə ilk növbədə həkimə müraciət etməlidir.